Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Oliqarx və məmurların torpaqları əllərindən alınacaq

Azərbaycan Konstitusiyasına dəyişikliklər layihəsinə dair prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, xüsusilə qeyd olunur ki, sosial ədalət və əmlak hüququndan effektiv istifadənin təmin edilməsi üçün mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.

Xeberinfo.com:  Qeyd edək ki, hazırda qüvvədə olan Konstitusiyaya görə, hər bir vətəndaşın mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Məhkəmənin qərarı olmadan heç kim mülkiyyət hüququndan məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyaclarının təmin edilməsi üçün mülkiyyət hüququnun pozulması yalnız əvvəlcədən onun dəyəri ödənilməklə baş verə bilər.

Lakin təklif olunan dəyişikliklərə görə, mülkiyyətçi torpağın qeyri-effektiv istifadəsinə yol verərsə, dövlət həmin torpağı onun əlindən ala bilər.

Xatırladaq ki, iyulun 11-də keçirilmiş müşavirədə İlham Əliyev kənd təsərrüfatı əhəmiyyətli torpaqların effektiv istifadəsi məsələsinə toxunmuşdu. Dövlət başçısı bildirmişdi ki, söhbət minlərlə hektar əkinə yararlı torpaqdan gedir. «Mən bu torpaqlarla bağlı məruzənin hazırlanmasını tapşırmışam. Bəzi hallarda həmin torpaqlar yüksək vəzifəli məmurlara aiddir və məndə onların adları var. Yaxın vaxtlarda həmin məsələ ilə bağlı tədbirlər görüləcək və istifadə edilməyən torpaqlar geri alınaraq kənd təsərrüfatında istifadəyə yönəldiləcək. Ölkədə kənd təsərrüfatı əhəmiyyətli istifadəsiz torpaq qalmamalıdır», - prezident deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam