Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mirhəsən Seyidov:"Azərbaycan gəncləri prezident seçkilərində fəal olmalıdır"

Mirhəsən Seyidov:

 

 

"Əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də seçkilərin uğurla keçiriləcəyinə əminəm. Azərbaycanda işlək seçki mexanizminin olması belə deməyə əsas verir. Ölkəmizdə demokratik seçki mühiti mövcuddur, bütün siyasi partiyalara seçkilərin hər bir mərhələsində eyni şərait yaradılıb". Bu fikirləri SİA-ya açıqlamasında "İrəli" İctimai Birliyinin sədri, Gənclər Fondunun Müşahidə Şurasının üzvü Mirhəsən Seyidov deyib

 

Yenixeber.org: Azərbaycanın demokratik ölkə olduğunu bildirən M.Seyidov deyib: "1993-cü ildən bu günə qədər ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində şəffaflıq təmin olunub, demokratik prinsiplərə tam əməl edilib. Ölkəmizin böyük seçki təcrübəsi formalaşıb. Seçki məntəqələrində müşahidə kameraları quraşdırılıb, həm beynəlxalq, həm də yerli müşahidəçilər Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçirlər. Əminəm ki, bütün dünya aprelin 11-də bir daha Azərbaycanın demokratik seçki ənənələrinin şahidi olacaq".

"İrəli" sədri Azərbaycanın son illərdə böyük inkişaf yolu keçdiyini, ölkədə ictimai-siyasi sabitliyin qorunub saxlandığını dilə gətirib: "Demokratik, şəffaf seçkilərin keçirilməsi üçün bu, çox mühüm amildir. Son illər Azərbaycanda həyata keçirilən dövlət siyasətinin ən uğurlu istiqamətlərindən biri gənclər təbəqəsi və idman siyasəti olub. Gənclər siyasəti nəticəsində bu gün Azərbaycan dövlətinin idarə olunmasında fəal iştirak edən güclü gənclər ordusu formalaşıb. Cəmiyyətin ən fəal təbəqəsi kimi gənclər də seçkilərdə fəal olmalıdırlar. Azərbaycan gənci bütün ictimai-siyasi proseslərdə daim aktiv olub və gənclərimizin apreldə keçiriləcək prezident seçkilərinin, eləcə də seçki kampaniyasının yüksək səviyyədə keçirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərinə inanıram".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam