Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qriqori Trofimçuk:"Azərbaycanı və Rusiyanı regionda sabitliyə zəmanət kimi görürlər"

 

 

Trofimçuk: İlk növbədə, ölkənin təhlükəsizliyinə təhdid olan problemlərin həlli ilə bağlı tələblərini yerinə yetirmək lazımdırPolitoloq Qriqori Trofimçuk

"Azərbaycanı və Rusiyanı regionda sabitliyə zəmanət və radikal dünya üçün sədd kimi görürlər".

Yenixeber.org: Bunu rusiyalı ekspert, Beynəlxalq Əlaqələr İnstitutunun sədri Qriqori Trofimçuk Azərbaycan-Rusiya münasibətlərinə həsr olunmuş tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu mənada Bakı-Tehran-İstanbul formatında sıx əməkdaşlıq bariz nümunədir.

Tədbir iştirakçıları həmçinin Azərbaycanın bir çox qlobal siyasi xəttin kəsişmə nöqtələrindən biri olduğunu və buna görə də Azərbaycan haqqında yalnız regional təhlükəsizlik kontekstində danışmamağın labüdlüyünü qeyd ediblər.

Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olmasının mümkünlüyündən danışan Q.Trofimçuk bildirib ki, ölkənin Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi olduğunu, eləcə də həlli uzadılmış Dağlıq Qarabağ münaqişəsinin mövcudluğunu nəzərə almaq lazımdır: "Bunun üçün Azərbaycanın da bu inteqrasiyada maraqlı olması vacibdir. Başqa sözlə, ilk növbədə, ölkənin təhlükəsizliyinə təhdid olan problemlərin həlli ilə bağlı tələblərini yerinə yetirmək lazımdır".

Onun sözlərinə görə, danışıqlar prosesinin hər mərhələsi məhsuldar olmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam