Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ-ın gizli HƏDƏFİ:Türkiyənin “dərin dövləti” Ağ Evi ifşa etdi

 

81ff4bc8a875114b56741822c344bd1f“Hazırda ABŞ və Türkiyə Qərbi Asiyada savaşın iki qütbündə yer alır. Digər ölkələr bu qütbləşməyə görə mövqe tuturlar”. 

Yenixeber.org: Bu fikirlə Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek (“Dərin dövlət”in adamı olaraq tanınır – red.) “Aydınlıq” qəzetində dərc etdiyi yazısında çıxış edib.

Partiya sədri bununla da Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrinin müavini Öztürk Yılmaza cavab verib. Suriyanın şimalındakı döyüşü ABŞ-Rusiya döyüşü kimi xarakterizə edən Ö. Yılmazın sözlərinə görə, onlar Türkiyə üzərində qarşı-qarşıya gəliblər.

“Türkiyənin Vətən Savaşının qarşısındakı güc Amerika imperializmidir. Silahlandırdığı və hər sahədə dəstəklədiyi əlaltılarını Türkiyənin üzərinə göndərib. Gəldiyimiz nöqtədə ABŞ-ın əsas düşməni nə Rusiya, nə İran, nə də Suriyadır, ABŞ-ın əsas hədəfi Türkiyədir. ABŞ Türkiyənin müttəfiqləri olan ölkələri belə Türkiyəyə qarşı istifadə etməyə çalışır”, – D. Perincek bildirib.

Onun sözlərinə görə, “Bu döyüş ABŞ-Rusiya döyüşüdür” təbliğatı aparanlar türk millətini Vətən Savaşından uzaqlaşdırmaq istəyirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam