Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ərdoğanın “ABŞ İŞİD-i dəstəkləyir” iddiasını CHP-li deputat dəstəklədi

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  çıxışında ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin “İslam dövləti” ( İŞİD) daxil olmaqla YPG-PYD terror təşkilatlarına dəstək verdiyini deyib.

 

Xeberinfo.com:   “Onlar bizi İŞİD-ə dəstək verməkdə ittiham edirlər. Amma hazırda onlar İŞİD, PYD, YPG-də daxil olmaqla digər terror qruplaşmalarına dəstək verirlər. Bu gün kimi aydındır. Bizim əlimizdə şəkillər, fotolar və videolarla təsdiq olunacaq dəlillər var"-deyə Ərdoğan qeyd edib.

 

Məsələ ilə bağlı Türkiyənin ana müxalifəti  Cümhuriyyət Xalq Partiyasının  (CHP) üzvü, millət vəkili Atilla Sertel Modern.az-a açıqlama verib.

 

O bildirib ki, koalisiya gücləri Suriyada türk əsgərini yalnız qoyub.

 

Buna görə də, onlara sərt reaksiya verməsi və tənqid olunması  vacib məsələdir.

 

“Bizim terrora qarşı öz torpaqlarımız və sərhədlərimizdə tədbir almağımız vacibdir. O coğrafiya içərisində türk əsgərləri terrorist dəstələrə qarşı tək qoyulub. Türkiyə iqtidarının həyata keçirdiyi yanlış xarici siyasətin də bu qədər çox şəhid verməmizdə rolu var”-deyə o bildirib.

Atilla Sertelin sözlərinə görə, başqa ölkələrin daxili işlərinə qarışmaq terroru Türkiyəyə də gətirib.

“Bu dönəmdə sərhədlər olduqca sərbəst qaldı və hər istəyən sərhədlərimizdən içəri girdi.  Terrora qarşı birləşməliyik, ancaq bununla bağlı Türkiyə Böyük Millət Məclisində müzakirə edib qərar almalıyıq. Bu mövzuda verdiyim bütün təkliflər iqtidar tərəfindən rədd edilib”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam