Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Test imtahanlarında kütləvi saxtalaşdırma baş verir!

         

   

  Polis rəisinin oğlu həqiqətdə 128 bal toplasa da, onun balı 528-ə qaldırılıb

 

    “Xeberinfo.com”: İnformasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssis, 2008-ci ilə qədər Tələbə Qəbulu üzrə Dövlət  Komissiyasında (TQDK) imtahanın təşkili sektorunun müdiri olmuş Fərman Abdullayevin test imtahanlarında balların saxtalaşdırılmasının mümkünlüyü haqqında mətbuata açıqlaması cəmiyyətdə bomba effekti yaratmışdı. Mütəxəssis bəyan etmişdi ki, “TQDK çərçivəsində keçirilən test imtahanlarına elə bir mexanizm tətbiq etmək olar ki, bu proses tam şəffaf həyata keçirilsin.

    Hazırda tələbə qəbulu prosesində manipulyasiya edilməsi ilə bağlı şübhələrin əsası var. TQDK-da hazırda elə bir sistem mövcud deyil ki, abituriyentlərin ali məktəblərə yerləşdirilməsi zamanı onların ballarına müdaxilə qəti şəkildə mümkün olmasın. Yəni istənilən zaman mövcud proqramlara müdaxilə edib istənilən nəticəni almaq mümkündür. TQDK-nın bir nümayəndəsi elə edə bilər ki, 120 bal toplayan abituriyentin ekrandakı adının qarşısında məsələn, 420 bal yazılsın”. Fərman Abdullayev həmçinin bəyan etmişdi ki, hazırda TQDK çərçivəsində fəaliyyət göstərən, balların hesablanması, imtahan vaxtı abituriyentlərin auditoriyalarda yerləşdirilməsi, cavab kartları, tələbə adını qazanmış abituriyentlərin ali məktəblər və ixtisaslar üzrə bölünməsi və sair işləri həyata keçirən bütün kompüter proqramları Nazirlər Kabinetinin 2010-cu ilin mayında imzalanmış “Dövlət informasiya resurslarının reyestri haqqında” qərarına uyğun olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin reyestr nəzarətinə verilməlidir: “Mövcud dövlət standartı da hazırlandıqdan sonra istifadəsi lazım olduqda nazirlikdən götürülüb istifadə olunmalıdır. Nazirlər Kabinetinin həmin qərarının tələblərinə görə, tələbə qəbulu işinə müstəqil ekspertlər də cəlb olunmalıdır. Niyə olunmur? İctimai nəzarəti təmin etmək üçün guya bir neçə ildir jurnalistlərin qəbul imtahanında iştirakı təmin edilir. Amma jurnalist mütəxəssis deyil ki, prosesi izləsin. Digər tərəfdən, auditoriyaya qısa baxış keçirməklə bütövlükdə prosesi necə izləmək olar? Əsas məsələ odur ki, balların artırılıb-azaldılmasına müdaxilə olmasın”.“Ekspert bildirdi ki, abituriyentin əldə etdiyi nəticələrlə bağlı məlumatların əldə edilməsi qanunla tənzimlənsə də, bu prosesdə ziddiyyətlər mövcuddur: “100 min adam imtahan veribsə, onların iş nömrəsi, kodu, ad-soyadı ictimaiyyətə açıq olmalıdır. Bu sistem Türkiyədə 4-5 ildir tətbiq olunur. Abituriyentin öz rəqibinin nəticələrini bilməsində bir qəbahət yoxdur. Əksinə, seçim də asan olar, abituriyent kor-koranə seçim etməz. Bizdə “Fərdi məlumatlar haqqında” qanuna istinad edərək, abituriyentin kodu yalnız özünə məlum olur, amma “Abituriyent” jurnalında abituriyentin adı-soyadı, iş nömrəsi, hara qəbul olunması da yazılır. Belə paradoksal vəziyyət yaranıb”.

   Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının  imtahanın təşkili sektorunun sabiq müdiri Fərman Abdullayevin bu açıqlaması cəmiyyəti sirkələsə də, onun bu fikirlərinə şübhə edənlər də oldu. Ancaq Fərman Abdullayevin bu açıqlamasından sonra üzə çıxmağa başlayan bəzi məlumatlar onun həqiqətləri söylədiyini göstərir. Məsələn “xeberinfo.com”a daxil olan məlumata görə polis idarələrindən birinin oğlu ötən il test imtahanında həqiqətdə çox aşağı bal yığsa da, onun balı şişirdilib. İddia olunur ki, polis rəisinin oğlu həqiqətdə 128 bal yığsa da, onun balı 528-ə qaldırılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının  imtahanın təşkili sektorunun sabiq müdiri Fərman Abdullayev belə halların mümkün ola biləcəyini, bu prosesi TQDK-nın bir nümayəndəsinin də edə biləcəyini qeyd etmişdi. İndi belə görünür ki, polis rəisi həmin adamı tapa bilib və oğlunun balı 128-dən 528-ə qaldırılıb və bunun nəticəsində Polis Akademiyasının tələbəsi adını qazanıb. Redaksiyamıza daxil olan məlumatda qeyd edilir ki, əgər bu gün dəqiq yoxlama aparılsa, onun birinci kursu necə bitirməsi də üzə çıxar. Beləliklə polis rəisinin oğlu test imtahanın nəticələrinin saxtalaşdırılması nəticəsində Polis Akademiyasının tələbəsi adını qazanıb, üstəlik artıq birinci kursu da bitirib. Bir neçə ildən sonra polis orqanlarında atasını əvəz edəcək.

   Bu məlumat ətrafında araşdırmalarımız davam edir və məlumatı dəqiqləşdirdikdən sonra polis rəisinin özünün və oğlunun adını açıqlayacağıq.

 

 

 

    Ramiz


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam