Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya yox olacaq,Ermənistan isə... - ABŞ diplomatı

 

 

Kreml nə vaxtsa yürütdüyü siyasətin fəlakətli olduğunu anlayacaq

 Yenixeber.org: Bunu “1in.am” saytına açıqlamasında ABŞ-ın Gürcüstan və Ukraynadakı keçmiş səfiri Con Xerbst söyləyib.

“Avrasiya İttifaqı təkcə Qazaxıstan və ya Belarus üçün yox, həm də Rusiya üçün çox uğursuz layihədir. Çin, Cənubi Koreya, Yaponiya, Tayvan göstərdi ki, çiçəklənməyə gedən yol dünya iqtisadiyyatına tam inteqrasiyadan keçir. Uğur formulu proqressiv olmayan ölkələrin birləşməsindən ibarət deyil. Bu formul uğursuzluq gətirəcək. Ona görə də mən düşünürəm ki, Avrasiya İttifaqı siyasi layihədir. Əgər Moskva çoxlu sayda elmi nailiyyətlər əldə etmiş böyük rus xalqına azadlıq versə, Rusiya yenidən möhtəşəm güc ola bilər. Bu, Rusiyanın gücünə gedən yoldur. Bu həm də Ermənistana da aiddir.

Əgər Rusiya hansısa formada imperiyanı bərpa etmək istəyirsə, onun müasir iqtisadiyyatı olmayacaq. Zamanla Rusiya kasıblayıb, zəif dövlətə çevriləcək. Məncə, 5-10 il sonra Moskvadakı rəhbərlər özlərinə gəlib, son 10 ildəki siyasətlərinin necə fəlakətli olduğunu görəcəklər. Ermənistan üçün Rusiya imperiyasının təsirindən qurtulmaq çox çətindir, amma bu, mümkündür. Rusiya imperiyası nə zamansa yox olacaq. Ona görə ki, bu, rus xalqının maraqlarına cavab vermir”, - deyə o bildirib.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam