Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“2017-ci ildə Rusiya üçün şans yaranacaq” -Stratfor

Stratfor: “2017-ci ildə Rusiya üçün şans yaranacaq”

 

 

2017-ci ildə Rusiyanın Avrasiyada qüvvələr balansını öz xeyrinə dəyişmək şansı yaranacaq.
Xeberinfo.com: Bu iddia ilə “Kölgə MKİ” kimi tanınan “Stratfor” şirkəti çıxış edib. Şirkətin analitiklərinin fikrincə, Rusiyanın belə şansının yaranmasına Avropa Birliyi və ABŞ-da olan siyasi dəyişikliklər təsir edəcək:
“Böyük Britaniyadakı iyun referendumu AB daxilində dərin fikir ayrılıqlarının olduğunu göstərdi. ABŞ-da yeni prezidentin Donald Tramp olması Moskva-Vaşinqton münasibətlərində yeni dönəm başlada bilər. Avropa Birliyini daha ciddi parçalanma təhdid edir. Belə ki, əgər Fransa, Almaniya, Niderland və İtaliyada müxalif rejimlər hakimiyyətə gəlsə, AB-nin gələcək taleyi qaranlıq olacaq. Bütün bunlar Rusiyaya öz hədəflərinə çatmaq üçün ciddi şans verir”.
Şirkət həmçinin Moskvanın özünə bufer zona kimi gördüyü postsovet məkanında yenidən aktivləşəcəyini söyləyib:
“Postsovet məkanında da Rusiyanın təsiri önəmli dərəcədə artacaq. Ənənəvi olaraq Moskva ilə yaxşı əlaqələri müdafiə edən ölkələr - Belarus, Ermənistan, Qazaxıstan, Tacikistan və Qırğızıstanın Rusiya ilə əməkdaşlığı genişlənəcək. Avropa Birliyinin bu ölkələrə təsiri çox zəifləyəcək. Azərbaycan və Özbəkistanda da Rusiya təsiri arta bilər. Bu ölkələrlə Moskva arasında əlaqələr təhlükəsizlik sferasında əməkdaşlığın inkişafı ilə bağlı artacaq. 2017-ci ildə həmçinin postsovet məkanının ən vacib təşkilatı olan Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının aktivliyi də çoxalacaq.
Bütün proseslərə rəğmən, ABŞ və AB-dəki güclü qruplar Rusiyaya tətbiq edilmiş sanksiyaların yumşaldılmasına qarşı mübarizəyə başlayacaqlar. NATO qoşunları isə Rusiya sərhədindən kənara getməyəcək. Moskvanın postsovet məkanı və Qərblə münasibətlərdə öz mövqelərini gücləndirmək şansları hələ də çoxdur”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam