İsrail və İran:qatı düşmənliyə kim bais olub? – Təhlil
Uri Avneri
“Counterpunch” (ABŞ), 08.11.17
Mən üzdəki həqiqətlərə nifrət edirəm.
Yenixeber.org: İdeallar bəlli ola bilər. Siyasi bəyanatlar – xeyr. Mən “bəlli siyasi zərurət” haqda eşidərkən bir andaca şübhələnməyə başlayıram. Amerika meşşanı üçün ən aydın həqiqət İrana aiddir.
“İran bizim qatı düşmənimizdir. İran İsraili məhv etməyə can atır. Buna görə də birinci onu məhv etməyimiz lazımdır”.
Bu iddialar indi bəlli həqiqət kimi təqdim olunur.
Şübhəsiz, BMT TŞ beş üzvü+Almaniya ilə İranın bağladığı saziş İsrailin milli maraqlarına xəyanətdir və dəhşətdir.
Biz israillilər ABŞ-a İranı bombalayıb başımızdan etməyi əmr edə bilərdik. Hətta amerikalılar imtina etsəydilər də (ki güman etmirəm), onları özümüz bombardman etməliydik.
Bu fanatiklər bizə birinci hücum girəvəsi əldə etməyincə.
Bu “bəlli həqiqətlər” tam səfehlikdir. Onun nə məntiqi, nə geopolitik, nə tarixi, hətta nə də faktiki əsası var.
Napoleon bir dəfə deyib ki, ölkənin davranışını başa düşmək üçün xəritəyə baxmaq yetərlidir. Coğrafiya istənilən ideologiyadan önəmlidir. İdeologiyalar zaman-zaman dəyişilir. Coğrafiya – xeyr.
XX əsrdə ən ideolojiləşmiş ölkə Sovet İttifaqı idi.
Biz görürük – Çar Rusiyası, SSRİ, çağdaş Putin Rusiyası eyni xarici siyasət yürüdür.
Bibliyadakı İsrail xalqı meydana çıxanda İran mədəni bir ölkəydi. İran şahı Kir (e.ə. VI əsr İran şahı Keyxosrov-tərc.) “yəhudilər”i doğma Yerusəlimə yollayıb. Əslində, indi “yəhudi xalqı” deyilənin təməlini qoyub. Onu yəhudi tarixində böyük bir xilaskar kimi yad edirlər.
1948-ci ildə İsrail dövləti qurulanda baş nazir Ben-Qurion İrana təbii müttəfiq kimi yanaşıb. Onun bunun üçün böyük əsası vardı.
Ben Qurion gerçəkçiydi. O, İsrailin genişlənməsinə əngəl olacaq ərəblərlə sülh bağlamaq niyyətində deyildi. Ərəb dünyasından kənarda müttəfiqlər arayırdı.
Görünür, xəritəyə boylananda Napoleonun məsləhətindən agah idi, görürdü ki, ərəbləri qeyri-ərəb və qeyri-müsəlman törəmələr çevrələyib. Livanın maronit xristianları.
Türklər müsəlmandır, amma ərəb deyillər.
Kürdlər müsəlmandır, amma ərəb deyillər.
İran – müsəlmandır, amma ərəb deyil.
Efiopiya, Allah bilir, nədir, ərəb və müsəlman deyil.
Və başqaları…
Ben Qurion “çevrə paktı” adlı sənəd hazırlayıb. O, Camal Əbdülnasirin (Misir) və bölgənin digər ərəb dövlətlərinin panərəb millətçiliyinin qarşısını almaq məqsədilə sadalanan bütün subyektlərin ittifaqını nəzərdə tutub. Ben Qurion planının ən böyük tərəfdarlarından biri İran Şahıydı. Yerli sakinlər buna görə ona nifrət edirdilər.
İranlıların çoxunun “Şahlar şahı”nı görməyə gözü yox idi. Amma İran israillilərin əksəriyyəti üçün ikinci vətən oldu. Tehran İsrailin bir çox biznesmenləri üçün “Məkkə”yə döndü.
İsrailin “Şabak” xüsusi xidmətinin ekspertləri hətta şahın SAVAK gizli polisinə təlim keçiblər. SAXAL-ın yüksəkçinli komandirləri Səddam Hüseynə qarşı duran kürd peşmərgə silahlı birləşmələrinə təlim keçmək üçün İran üzərindən İraq Kürdüstanına maneəsiz səfər ediblər. Bu cənnət 1975-ci ildə Şah Pəhləvi öz taxtını xilas etməkdən ötrü Səddam Hüseynlə saziş bağlarkən bitib.
Amma gec idi.
Radikal şiələr şahı devirib və şiə islam respublikası qurublar. İsrail çaş-başcasına başını yırğalayaraq gözlənilmədən kənarda qalıb…
Ben Qurion 1954-cü ildə ordu rəisi Moşe Dayanla birlikdə Livanda maronit diktaturası yaratmaqla çevriliş planı fikriylə yaşayırdı. Ərəb məsələlərindən nəsə anlayan o zamankı baş nazir Moşe Şaret bu planı səfehlik saymışdı.
Başqa bir cahil – Ariyel Şaron 30 ildən sonra bu planı fəlakətli nəticələrlə gerçəkləşdirdi. İsrail ordusu 1982-ci ildə Livana soxuldu. Maronit diktator B. Jmayel İsraillə sülh sazişi bağladı.
Livanın cənubunda məskunlaşmış şiələr İsrail ordusunun hissələrini sevinclə qarşıladılar. Onlar hesab edirdilər ki, sünnilərlə mübarizədə israillilər onlara yardım edəcək və sonra çıxıb gedəcəklər.
Mən buna şahid idim.
İsraildə Mətulladan Livandakı Sidona qədər avtomobillə tək getmişəm. Bir neçə şiə kəndindən keçdim və sakinlərin ağuşundan zorla qurtula bildim…
Lakin şiələr israillilərin getməyə hazırlaşmadıqlarını anlayanda partizan müharibəsinə başladılar. Bu qayda ilə “Hizbullah” yarandı.
Və İsrailin ən effektli düşmənlərindən biri olub. Və İrandakı şiələr rejiminin təbii müttəfiqi.
İsrail öz səhvlərindən niyə danışmır?
İranın şiə rejimi İsrailin ölümsaçan düşmənidirmi?
Mən buna şübhə edirəm.
…Necə oldusa, “İran-Kontras” kimi tanınan son dərəcə maraqlı bir hadisə baş verib. Vaşinqtonda (Kolumbiya dairəsi) bəzi mühafizəkarlar solçu Nikaraquada sağçı üsyançıları silahlandırmaq istəyiblər. Amerika qanunları onlara mane olub, buna görə də İraqın (kimlə-kimlə?) quduz ayətullahları ilə əlaqəyə girən (kimə-kimə?) İsrailə müraciət ediblər. … Nəticədə Nikaraquada kontras istədiyini əldə edib.
Tarixin ibrət dərsi: onların maraqlarına xidmət edərkən ayətullahlar İsraillə sazişə getməyə şübhə etməyiblər. “Kiçik Şeytanla”.
İranın Səddam İraqlı ilə səkkizillik savaşında İsrail ona yardım edib. Sonradan yəhudilər ABŞ-ı İraqa soxulmağa inandırıblar.
İrana qarşı dayaq kimi ərəblərə əsrlərlə yardım edən İraqa.
İraqı viran qoyublar.
İsrail bu qayda ilə İranın Yaxın Şərqdə hakim durumuna qarşı maneəni aradan götürüb.
İran hegemon olub.
Öz əməllərindən karıxmış İsrail başını yırğalayır…
Dəlilik kimi görünür? Həqiqətən də.
Ben Quriounun ölçülü-biçili görünən planı baş-ayaq çıxıb.
İsrailin çevrəsi – təbii müttəfiqləri Livan, Türkiyənin dəstəklədiyi İran bizim qatı düşmənlərimizdir. Sünni bloku isə – Səudiyyə Ərəbistanı, Körfəz ölkələri, Misir yarıgizli müttəfiqlərdir.
Uzun müddətəmi?..
Burada eşidirəm – bəs nüvə silahı sərsəm ayətullahların əlinə düşsə necə?
Amma mən əsla qorxmuram. Çünki İsrail nüvə silahı ilə təchiz olunub. İsrailin bombardman edilməsi İranın da məhvini bildirərdi. Çoxmilyonluq sivilizasiyanın, saysız-hesabsız filosofların, alimlərin, şairlərin məğrur mirasının.
İranın indiki rəhbərləri istədiyin qədər fanatik ola bilər (buna güclü şübhəm var), amma intihar üçün səbəbləri yoxdur.
Əksinə, iranlılar praktik adam kimi görünürlər.