Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Samir Şərifov İlham Əliyevin xüsusi məktubunu Pakistan prezidentinə çatdırıb

 

Nazir İlham Əliyevin xüsusi məktubunu Pakistan prezidentinə çatdırıb

Pakistanda səfərdə olan Azərbaycanın maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin prezidenti Məmnun Hüseynlə görüşüb.

Yenixeber.org: Pakistan mətbuatınınverdiyi məlumata əsasən, görüşdə prezident M.Hüseyn bildirib ki, Azərbaycan və Pakistan arasında ticari və iqtisadi əməkdaşlıq üçün böyük potensial var və hər iki ölkə bu potensialdan maksimum istifadə etməlidir.

Maliyyə Naziri Samir Şərifov isə birgə layihələrin reallaşdırılması ilə yanaşı, treyder və sənayeçilərdən ibarət nümayəndə heyətlərinin mübadiləsinin vacibliyini vurğulayıb. Görüş zamanı nazir Azərbaycan Prezidentİlham Əliyevin xüsusi məktubunu Pakistan prezidentinə çatdırıb.

Pakistan prezident bildirib ki, rəsmi İslamabad Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləməklə yanaşı rəsmi Bakının beynəlxalq səviyyədə tanınan sərhədlərinə hörmətlə yanaşır. O, qeyd edib ki, Pakistan Kəşmir məsələsində Azərbaycanın tutduğu mövqeyi yüksək qiymətləndirir.

Öz növbəsində çıxış edən Samir Şərifov bildirib ki, Azərbaycan Kəşmir məsələsində Pakistanı dəstəkləyib və hesab edir ki, mübahisəli məsələ BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll olunmalıdır. Nazirin sözlərinə görə, Azərbaycan Pakistanla maksimum iqtisadi əməkdaşlıq istəyir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam