Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Pakistan səfiri:“Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındayıq”

 

Pakistanın Müdafiə Günü ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyində qəbul keçirilib.

Yenixeber.org:APA-nın məlumatına görə, qəbulda  Azərbaycandakı diplomatik korpus nümayəndələri və hərbçilər iştirak edib. Tədbirdə çıxış edən bu ölkənin Azərbaycandakı səfiri  Said Xan Mohmand bildirib ki, Müdafiə Günü 1965-ci ildə Hindistan-Pakistan müharibəsi zamanı həyatını itirmiş şəhidlərin xatirəsinə həsr olunur. 
 
Səfir bildirib ki, Pakistan ordusu bu gün də layiqli şəkildə öz ölkəsini müdafiə edir: "Pakistan nüvə ölkəsidir. Biz dünyanın beşinci ən güclü ordusuna malikik. Pakistan bu gün də dünyada sülhməramlı əməliyyatlarda iştirak edir. Biz terrorizmə qarşı mübarizədə də böyük nailiyyətlər əldə etmişik. Ölkəmiz ən acılı problemi olan Kəşmir məsələsinin sülh yolu ilə həllinə tərəfdardır. Biz həmçinin Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındayıq və münaqişənin BMT qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllinə tərəfdarıq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam