Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Azərbaycan Kəşmir məsələsinin sülh yolu ilə həllini dəstəkləyir–XİN-dən “Qara Kəşmir Günü” ilə bağlı açıqlama

Azərbaycan Kəşmir məsələsinin sülh yolu ilə həllini dəstəkləyir

 

"Azərbaycan BMT-nin məsuliyyətli üzvü kimi təşkilata üzv olarkən üzərinə götürdüyü öhdəliklərini rəhbər tutaraq münaqişələrin həlli və beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini dəstəkləyir və bu mövqedən çıxış edir"

 

 Yenixeber.org: "Oktyabrın 27-si Pakistan İslam Respublikasında Kəşmir Qara günü kimi qəbul olunur. Bu uzun sürən bir mübahisədir. Cammu və Kəşmir məsələsi ilə əlaqədar sizin münasibətinizi bilmək istərdik" sorğusuna cavabında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. 

 "Bu, Azərbaycanın qəti və prinsipial mövqeyidir. Biz necə ki, beynəlxalq ictimaiyyətlə birlikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin tərəfdarıyıq, bu xüsusda, Cammu və Kəşmir məsələsinin də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllini və regionda sülh, təhlükəsizlik və rifahın təmin olunmasına yönəlmiş səyləri dəstəkləyirik", – deyə XİN sözçüsü vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam