Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Veteranlar İcra başçısından prezidentə şikayət etdi

 

 Adil Vəliyev veteranların çörəyinə göz dikməkdə ittiham olunur
    "Xeberinfo.com": Xatırladaq ki, hələ bir müddət əvvəl Qarabağ müharibəsi əlilinə qarşı olan haqsızlığa etiraz olaraq özünə qəsd edən Qarabağ qazisinin özünü yandırması cəmiyyətdə birmənalı qarşılanmadı. Aidiyyatı üzrə Prezidentin məsələyə müdaxiləsi mərhumun ailəsinə olan diqqəti və bu işdə günahı olanlarıarın dərhal cəzalandırılması kimi göstərişlər insanlarda qazilərə olan diqqət və qayğının təzahürü kimi qiymətləndirilir. Ancaq təəssüflər olsun ki, harınlamış bəzi məmurlar respublikanın birinci şəxsinin göstəriş və tapşırıqlarından nümunə götürmür, əksinə insanlara xüsusilə də müharibə iştirakçılarına qarşı kobud və dözülməz hərəkətlərə yol verirlər. Elə Azerbaycaninfo.com-a daxil olan məlumat bir daha məmur özbaşınalığının təsdiqini sübut edir. 
"Respublikada “Porsche” və “Foysfaqen” kimi iri ticarət mərkəzlərinə rəhbərlik edən Adil Vəliyev biz veteranların çörəyinə göz dikib"-yenilənib
"Respublikada “Porsche” və “Foysfaqen” kimi iri ticarət mərkəzlərinə rəhbərlik edən Adil Vəliyev biz veteranların çörəyinə göz dikib"-yenilənib
"Respublikada “Porsche” və “Foysfaqen” kimi iri ticarət mərkəzlərinə rəhbərlik edən Adil Vəliyev biz veteranların çörəyinə göz dikib"-yenilənib
Laçın rayonundan məcburi köçkün düşmüş bir qrup Qarabağ müharibəsi veranlarına qarşı Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev tərəfindən qanunsuz hərəkətlərə yol verildiyi bildirilir. 1992-ci ildən Bakıxanov qəsəbəsi S. Qocayev küçəsi bazarla üzbəüz ticarətlə məşğul olmaq üçün 567 kvadrat metr qanuni sənədlə yer aldığını bildirən 85 yaşlı Həsənov Müzəffər Məmmədxan oğlunun sözlərinə görə, bir qurup müharibə veteranı bu ticarət obyektindən evlərinə çörək pulu aparırdılar.Qeyd edim ki, 2007-ci ildə bələdiyyədən aldığım qanuni sənədin də heç bir köməyi yoxdur. Çox keçmədi ki, sağlamlığını vətən yolunda itirmiş və hər an vətəni qorumağa hazır olan bu veteranlara 567 kvadrat metr ərazini icra başçısı Adil Vəliyev çox gördü. Respublikada “Porsche” və “Foysfaqen” kimi iri ticarət mərkəzlərinə rəhbərlik edən Adil Vəliyev biz veteranların çörəyinə göz dikib. Adil Vəliyevin “qoçu ” dəstələri obyektin hasarını qanunsuz olaraq söküb. Müzəffər kişinin sözlərinə görə, həmin ərazini bizdən alıb yuxarıda adı çəkilən mərkəzlərin filiallarını yaratmaq istəyi biz veteranları hiddətləndirir. Prezidentin bizlərə olan diqqət və qayğısı bizdə yaşamağı ruhlandırdığı halda, belə harınlamş məmurun veteranlara olan münasibəti biz veteranlarda yaşamaq ruhunu öldürür. 

Həsənova Quba Aslan qızı 
"Respublikada “Porsche” və “Foysfaqen” kimi iri ticarət mərkəzlərinə rəhbərlik edən Adil Vəliyev biz veteranların çörəyinə göz dikib"-yenilənib
Qocaman ağsaqqal Müzəffər kişinin sözlərinə görə, 82 yaşlı həyat yoldaşı Həsənova Quba Aslan qızı at belində, Laçın dağlarında əlinə silah alıb vətənin keşiyində duranda bizdə bir istək var idi, hər şey vətən üçün. İndi hardadır o mənlik, kişilik. 20 nəfər müharibə veteranının çörəyinə göz dikən insanlara nəyi etibar etmək olar. Onlardan nə gözləmək olar. Bizim ümidimiz yalnız Prezidentimiz İlham Əliyevə və Mehriban xanımadır. Belə məmurların qanunsuz əməllərinin qarşısını yalnız onlar ala bilər. Odur ki, aşağıda adları yazılan veteranlar və öz adımdan Prezident İlham Əliyevə, Mehriban xanım Əliyevaya müraciət edərək xahiş edirəm ki, biz veteranların çörəyinə göz dikənlərin qarşısı alınsın və bizə öz qanuni yerimizdə fəaliyyət göstəməyimizə köməklik göstərsin. Sonda Mlüzəffər Həsənov bildirdi ki, biz veteranlar 20 nəfər ailə üzvləri ilə birlikdə prezident aparatının qarşısında etiraz aksiyası keçirib cənab prezidenti n qəbuluna düşməyə hazırlaşırıq. Bizə qarşı olan haqsızlıqla bağlı cənab prezidenti məlumatlandıracağıq.Azerbaycaninfo.com
Həsənov Roman Müzəffər oğlu
Həsənov Faiq Qəzənfər oğlu
Həsənov Elçin Müzəffər oğlu
Həsənov Osman Cümüşüd oğlu
Həsənov Adil Cümşüd oğlu
Həsənov Hafiz Cümüşüd oğlu 
Həsənov Cabir Abbas oğlu
Süleymanov Nəriman Salman oğlu 
Mirzəyev Rafayıl Rəşid oğlu
Fərzəliyev Rauf Silyan oğlu ardı var............
       Bu dəqiqələrdə(15:17) Sabunçu rayon İcra hakimiyyətinin nümayəndəsi redaksiyamızla telefon əlaqəsi yaradıb yazılanları təkzib etdi: " Sizin redaksiyanıza verilən məlumatlar həqiqətə uyğun deyil, yazıda adları çəkilən şəxslərin heç birinin Qarabağ veteranlarına aidiyyəti yoxdur. Əslində həmin ərazidə qarşı-qarşıya duran Qarabağ müharibəsi veteranları ilə sizin yazıda adları çəkilən  laçınlı qaçqınlardır .Onlar Qarabağ müharibəsi veteranlarına aid olan bu  ərazini neçə il bundan əvvəl qanunsuz olaraq zəbt ediblər. Reallıq budur. Son zamanlar Sabunçu rayonu ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində həmin ərazidə də lazımı işlərin görülməsi zərurətə çevrilib. Burada kiminsə şəxsi mülkiyyətinə İcara hakimiyyətinin müdaxiləsindən söhbət gedə bilməz".



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam