Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Yasamal rayonu məmur özbaşınalığının qurbanına çevrilir -ŞOK İTTİHAM

Yasamal rayonu məmur özbaşınalığının qurbanına çevrilir

 

Yenixeber.org:   Son illər abadlıq və quruculuq işləri Bakı şəhərinin simasını tamamilə dəyişib. Hündür binalar, geniş və abad yollar, insanlara zövq verən park və xiyabanlar, dünyanın məşhur mehmanxana brendləri paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Bu baxımdan Bakı şəhəri xarici turistlərin üz tutduqları əsas məkanlardandır. Amma təəssüflə o fikri vurğulamaq yerinə düşər ki, hələ də Bakı şəhərinin bəzi sahələrində çatışmazlıqlar, insanlarda narahatlıq yaradan problemlər qalmaqdadır. Bu cür hallar az olsa da, hər halda mövcuddur. Xüsusilə də, Bakının əsas mərkəzlərindən hesab edilən Yasamal rayonunun bəzi küçə və prospektlərində nəzər-diqqəti cəlb edən çatışmazlıqların mövcudluğu, eləcə də bəzi aztəminatlı ailələrə, Qarabağ müharibəsi iştirakçılarına, bu rayonda məskunlaşan qaçqın və məcburi köçkünlərə qarşı sayqısızlıq narahatlıq yaradan məqamlardandır. Araşdırmalar aparıb o nəticəyə gəlmək olar ki, qeyd olunan neqativ halları aradan qaldırmaq mümkündür. Amma əldə olunan məlumatlara və insanların redaksiyamıza ünvanladıqları şikayət məktublarına əsasən demək olar ki, bu problemləri və çatışmazlıqları aradan qaldırmaqda bilavasitə vəzifə borcu olan Yasamal Rayon İcra Hakimiyyəti və onun rəhbərliyi maraq göstərmir. İnsanların Rayon İcra Hakimiyyətinə şikayətlərinə etinasız yanaşılır, hətta İcra Hakimiyyətinin müəyyən nümayəndələri tərəfindən təhqir və təzyiqlərə məruz qalırlar.
Bu yerdə bir məqamı yada salmaq lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında dövlət qurumunun rəhbərlərinə insanlara layiqli xidmət göstərməyi, onların şikayət və ərizələrinə həssaslıqla yanaşmaq tapşırığını verib. Amma görünən odur ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev ya bilərəkdən, ya da bilməyərəkdən tövsiyyə və tapşırıqlara əməl etmək istəmir. Əgər belə olmasaydı, Yasamal rayonu, İnşaatçılar prospekti 5, Dənizçilər yataqxanasında məskunlaşan qaçqın və məcburi köçkünlərin problemlərinə diqqət ayırar və onların problemlərinin həllinə yardımçı olardı. Məcburi köçkünlərin dediklərinə görə, yaşadıqları binada divarlar qopub, dərin çatlar yaranıb. Bu azmış kimi binanın qarşısında Rayon İcra Hakimiyyətinin rəhbərliyinə aid olduğu bildirilən iaşə obyektlərinin salınması onların uşaqlarının oynamasına, özlərinin isə istirahət etmələrinə ciddi əngəllər yaradır. Sadalanan problemlər hər biri ayrı mövzunun materialıdır. Mövzuya qayıdacağıq.

 

/vediinfo.az/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam