"Bu hakimiyyət yolun düzünü qoyub əyrisi ilə getməyə adətkardır" -Cəmil Həsənlidən şok açıqlama
Milli Şuranın sədri Cəmil Həsənli feysbuk səhifəsində hakimiyyətin guya qanunsuz xarici valyuta alqı-satqısına qarşı mübarizə aparması haqda yazıb.
Xeberinfo.com: Yazını təqdim edirik:
Bu hakimiyyət yolun düzünü qoyub əyrisi ilə getməyə adətkardır. Xarici valyuta satışı ilə bağlı qanuni və açıq fəaliyyət göstərən mübadilə məntəqələrini bağlayıb yerinə “qara bazar” yaratdılar. Çünki bunların islahat anlayışı elə “qara bazar” yaratmaq qədər idi. 100 milyonlarla vəsaitin fırlandığı “qara bazarın” valyuta mənbəyi haradan idi? Hər kəsi bilirdi ki, şəhərin mərkəzində fəaliyyət göstərən bu qara əməlin arxasında yüksək vəzifə sahibləri dayanırdı. Son günlər məlum oldu ki, “qara bazara” vəsaitlər sağlamlaşdırma proqramı üzrə dövlətdən milyardlarla vəsait alan Beynəlxalq Bank ötürürmüş. İlkin məlumatlara görə vəzifəsindən uzaqlaşdırılan Beynəlxalq Bankın yeni rəhbərliyi “qara bazara” 6-7 dəfə böyük vəsait atıb və nəticədə hər əməliyyatdan 128-130 milyon manat “qara pullar” götürülüb. Mahiyyəti qara olsa da bu təxminən 1 milyard manata yaxın vəsait deməkdir. Şübhəsiz ki, rəsmi dairələrin himayəsi və ya göstərişi olmasaydı ABB bunu öz təşəbbüsü ilə edə bilməzdi.
İndi gəlin görək bu “qazancın” mənbəyi kimlərdir? Təcili olaraq xəstəsinə nicat vermək üçün onu xaricə aparmaq istəyən Azərbaycan vətəndaşı. Övladı xarici təhsil müəssisələrində oxuyan Azərbaycan ailəsi. Xarici tərəfdaşına valyuta ödəməli olan azərbaycanlı iş adamı. Vaxtilə Amerika dolları ilə kredit götürməyə məhkum edilmiş Azərbaycan biçarə insanlarımız. Sual olunur: əgər ölkədə azad valyuta satışı yoxsa vaxtı ilə banklardan dollarla kredit almış insanlar onu haradan tapıb öz borcunu ödəməlidir? Deməli, bankların min bir hiyləsinin toruna düşmüş vətəndaş indi öz borcunu ödəmək üçün rəsmi kursla deyil “qara bazar” məzənnəsi ilə dollar alıb banklara ödənişlərini etməli idi.
Görünən odur ki, hakimiyyətin bütün əlaqədar qurumları bu işin içində olub. İndi tez-tez prezidentin göstərişi ilə “qara bazar” əməliyyatının keçrildiyin fərəhlə təbliğ edirlər. Məgər, bu göstərişə qədər DİN, Təhlükəsizlik Xidməti, Baş prokurorluq şəhərin mərkəzində açıq-açığına fəaliyyət göstərən bu bazarın qanunsuz olduğun bilmirdi? Axı, vətəndaşın cibinə girmək üçün bu geniş bir şəbəkə oyunu idi. Süni şəkildə dolların rəsmi kursu saxlanılır, amma həmin qiymətə satışa valyuta buraxılmır. Nəticədə “qara bazara” meydan verilir.Baş bankir bu fərqin böyük olmadığın desə də, lakin söhbət milyarda yaxın “qara pulların” vətəndaşdan cibindən çəkilməsindən gedir. Bəs, indi niyə “qara bazarın” üzərinə düşüblər? Görünür kimsə “qara bazarın” hesabına “haram” qatıb