Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Ermənilərin Azərbaycana girişinə razılıq verməliyik”

zahid_oruc_esas
Azərbaycana ərazi bütövlüyünü tanıyan, Konstitusiyaya hörmət edən, Azərbaycan xalqına cinayətlərdə iştirak etməyən, şəhidlər qarşısında üzr istəməyə hazır olan ermənilərin Bakıya buraxılmasına razılıq verməliyik.
Xeberinfo.com:   Gununsesi.info xəbər verir ki, bu fikri millət vəkili Zahid Oruc parlamentin bu gün keçirilən iclasında səsələndirib.
Millət vəkili bildirib ki, bir nəfər erməni bu günlərdə Azərbaycana gələrək ermənilərin törədiyi cinayətə görə, Xocalı soyqırımı abidəsi qarşısında baş əyib üzr istəmək istəsə də, buna icazə verilmədi və ümumiyyətlə, bu məsələdə fərqli mövqelər var.
“Amma bilmək istərdim ki,  sabah Azərbaycanın ərazi bütövlüyünə. Konstitusiyasına və qanunalrına əməl edəcək şəxs Azərbaycan pasportu istəsə, ona hansı mövqe sərgilənəcək?!  Nəzərə almalıyıq ki, xeyli sayda erməni var ki, Azərbaycan qanunalrını və ərazi bütövlüyünü tanıyırlar, münaqişəyə obyektiv mövqe bəsləyirlər. Gərək biz bundan yaralanaq.
Çünki Ermənistan rəhbərliyi Ələkrəm Hümmətov, Fəxrəddin Abbasov və digrələrindən yararlanırlar. Biz bu yolla erməni cəmiyyətində yeni bir situasiya yaratmış olarıq. Ona görə də hesab edirəm ki, Azərbaycanən ərazi bütövlüyünü, Konstitusiyanı tanıyan,  xalqımıza qarşı cinayətlərdə iştirak etməyən və hadisələr görə üzr istəyən ermənilərin Azərbaycana girişinə razılıq verməliyik”- deyə, Z. Oruc bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam