Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

“Aprel şapalağı daha pis təkrarlana bilər” -Rasim Musabəyov

rasim
“Ermənistan indi Rusiyadan bir az silah alıb və seçkiöncəsi vəziyyəti öz xeyrinə dəyişmək üçün Azərbaycana əzələ nümayiş etdirmək istəyir. Amma çox nahaq. Çünki aprel şapalağı daha pis formada təkrarlana bilər”.
Xeberinfo.com:  Bu fikri Gununsesi.info-ya açıqlamasında millət vəkili Rasim Musabəyov  son günlərdə Ermənistanın cəbhə bölgəsində vəziyyəti gərginləşdirməsi ilə bağlı vəziyyəti şərh edərkən deyib.
Onun sözlərinə görə,  Rusiyadan silah alan Ermənistan indiki məqamda özünü bir az arxayın hiss edir və ona görə də belə təxribatçı hərəkətlərə yol verir:
“Ermənilər daha çox Qarabağ cəbhəsində  Talış kəndi istiqamətində  hücuma keçərək, bir əvvəlki mövqelərə qayıtmaq istəyirlər. Ancaq onların bu cəhdi boşa çıxacaq. Çünki Azərbaycan ordusu hazır vəziyyətdədir və ermənilərin istənilən həmləsinə cavab verməyə qadırdır”.
Ermənistanın XİN başçısı Edvard Nalbandyanın  Moskvaya səfəri və  bunun ardınca Srrj Sərkisyanın da gözlənilən səfərini şərh edən  millətvəkili deyib ki,  ermənilərin başqa gediləsi bir  yeri varmı. “Onların rusların “tulasıdır”.  Ermənilər istəyir ki,  cəbhə xəttində monitoqin daha da gücləndirib, özlərini arxayın hiss etsinlər, ancaq Azərbaycan buna  razı deyil. Ola bilsin ki, bu dəfə ruslar onlara deyib ki, gedin əzələ nümayiş etdirin bəlkə Azərbaycan razı oldu”- deyə,millət vəkili vurğulayıb.
R.Musabəyov onu da deyib ki, ermənilərin bu hərəkətləri genişmiqyaslı müharibəyə gətirib çıxaracaq: “Və bundan da kimsənin qazanc əldə edəcəyini düşünmürəm. Rusiya Ermənistanın arxasında dayanmazsa, o zaman Ermənistan heç zaman Azərbaycanın qarşısında duruş gətirə bilməz. Əvvəlki dövrlərə baxmayın, ermənilər lovğalanaraq deyirdilər ki,  Kürəcən gedib çıxacayıq. İndi vəziyyət tamamilə başqadır. Ermənistanın havadarları ona dəstək verməsələr müharibəsiz onlar  təslim olacaq. Çünki onların belə hünəri yoxdur. Sadəcə havadarların arxalanaraq ermənilər belə təxribatlara  yol verirlər.  Ancaq bunun da  bir sonu olacaq və ermənilər Azərbaycandan  yaxşı bir şapalaq alacaqlar”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam