Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rauf Mirqədirovdan yeni xəbər var

 

 
 
   Fuad Ağayev: “Rauf Mirqədirova hələ də ailəsi ilə əlaqə saxlamaq imkanı verilmir”
   "xeberinfo.com": Vəkili Fuad Ağayev, “Zerkalo” qəzetinin əməkdaşı, hazırda Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan Rauf Mirqədirovla bağlı son durum haqqında  məlumat verib. 
   Vəkil təcridxanada Rauf Mirqədirova ailəsi ilə əlaqə saxlamağa imkan verilmədiyini və digər problemlərin yaradıldığını deyib: “Rauf Mirqədirovun səhhəti, əhval-ruhiyyəsi normaldır. Yeganə narazılığı mətbu vasitələrin ona verilməməsi və ailəsi ilə əlaqə saxlamasına imkan yaradılmamasıdır. Ona ancaq hakimiyyətyönlü qəzetlərdən başqa, heç bir qəzet verilmir. Halbuki ona həmin müxalifət qəzetləri abunə olsa da, olmasa da verilməlidir. Məsələn, hakimiyyətyönlü qəzetlərə abunə olmayıb, ancaq o qəzetlər ona verilir. Sadəcə, bəllidir ki, müxalifət qəzetlərinin ona verilməməsi məqsədyönlüdür. Digər problem isə ona hələ də ailəsi ilə telefonla danışmağa imkan verilməməsidir. Bundan başqa, qısamüddətli görüşün verilməməsi də, məhbusun hüquqlarının pozulmasıdır. Bununla bağlı biz yaxın günlərdə məhkəməyə müraciət edəcəyik”.
Xatırladaq ki, Ermənistanın xeyrinə casusluqda ittiham edilən “Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya olunub. Onu Bakı hava limanında həbs ediblər. Və Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb. Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda onun həyat yoldaşı və iki uşağı Türkiyədə qalıb. Son üç ildə jurnalist ailəsi ilə birlikdə bu ölkədə yaşayırdı. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam