Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Rauf Mirqədirov bu gün Nəsimi məhkəməsinə gətiriləcək”

 

 

Məlumata görə, həbs edilən jurnalist Rauf Mirqədirovun vəkili Elmar Süleymanov açıqlamasında bugünkü məhkəmə prosesi haqda danışıb

 "Xeberinfo.com": E.Süleymanov bildirib ki, müstəntiq Ləmbəranskinin adından verilən qərara atılan imza saxta olub: “Müstəntiq Ləmbəranski həbs edilən Rauf Mirqədirovun hüquqlarını pozub. O, saxlanılan şəxsin qohumları ilə görüşmə, telefon vasitəsilə əlaqə saxlama və öz seçimi ilə qəzet, jurnallara abunə olmaq hüququnu məhdudlaşdırıb. Biz də elə bu qərardan şikayət etmişdik. Bugünkü məhkəmə prosesində Səbail Rayon Məhkəməsi vəsatətimizi təmin etmədi. Biz bu qərardan Apelyasiya Məhkəməsinə şikayət etdik. Apelyasiya Məhkəməsində də qeyd etdik ki, məhdudlaşdırma haqda qərarda olan imza Ləmbəranskiyə məxsus deyil. Bu saxta qərardır. Bunun təsdiqi kimi məhkəməyə Ləmbəranski tərəfindən imzalanmış digər sənədləri təqdim etdik. Xahiş etdik ki, məhkəmə xətşünaslıq ekpertizası təyin etsin.
    Məhkəmə bizim bu vəsatətimizi də təmin etmədi. Hakim bizə dedi ki, sizin nəyinizə lazımdır ki, imza kimə məxsusdur? Mən də dedim ki, həqiqətən aşkar olsa ki, bu imza Ləmbəranskinin deyil, deməli, bu saxta qərardır. Bu saxta qərara əsasən, vətəndaşın hüquqlarının məhdudlaşdırılması da qanunsuzdur. Ona görə də bu vəsatətin təmin edilməsi, ekspertizanın keçirilməsi zəruridir. Amma məhkəmə bizim bu vəsatətimizi, apelyasiya da şikayətimizi təmin etmədi”.
Vəkil qeyd etdi ki, iclasda Rauf Mirqədirov özü də iştirak edib: “Rauf Mirəqdirov özü bu məhkəmə prosesində iştirak edirdi. Bizim bildirdiklərimizə də tam razılığını bildirdi”. 
     Elmar Süleymanov məlumat verdi ki, R.Mirqədirovun növbəti məhkəmə prosesi bu gün baş tutacaq: “Rauf Mirqədirovun etibarnamə verməsinə qadağa qoyulması haqda qərardan şikayətimizə bu gün saat 14:30-da Nəsimi Rayon Məhkəməsində baxılacaq. Hakim Şəlalə Həsənovadır. Bu prosesdən dərhal sonra Rauf Mirqədirov bəyanat verəcək. Biz ümid edirik ki, Rauf Mirqədirov bu məhkəmə prosesində də iştirak edəcək. Əgər buna icazə verilməsə, biz məhkəmə prosesindən narazı qalacağıq”.
    Qeyd edək ki, “Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov ermənilərə dövlət sirri ötürməkdə günahlandırılaraq, dövlətə xəyanət ittihamı ilə həbs edilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam