Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rauf Mirqədirovun istintaq müddəti uzadıla bilər

 

"Xeberinfo.com": Bu barədə jurnalistin vəkili Elmar Süleymanov məlumat verib: “İstintaqdan hələ ki heç bir məlumat yoxdur, xəbər gözləyirik. Qanuna görə, müəyyən olunmuş vaxt bu gün bitir”.
E. Süleymanovun sözlərinə görə, bu günə qədər istintaq heç nəyə nail olmayıb: “Bununla da Rauf Mirqədirovun günahsız olduğu ortaya çıxır”.
“Ona ifadə zamanı hər hansı təzyiq olmadı, amma müstəntiqlər çaşdırıcı, qarışıq suallarla onu çətin vəziyyətdə qoymaq istədilər. Digər vəkil Fuad Ağayev və mən buna imkan vermədik. Nəzərə alın ki, Rauf Mirqədirovun ifadəsi fasiləsiz olaraq 7 saat davam etdi. Əslində bu normal hal deyildi. Vəkilləri olaraq dindirilmənin dayandırılması təklifilə çıxış etsək də, Rauf Mirqədirov bununla razılaşmadı, ifadəsini tam şəkildə vermək istədiyini bildirdi. Səhhəti demək olar ki, normaldır, ailəsi ilə bizim vasitəmizlə xəbər tutur. Şəxsən Rauf Mirqədirovun öz ailəsilə əlaqə qurmaq imkanı yoxdur”, – deyə vəkil əlavə edib.

 

Qeyd edək ki, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. Türkiyədən deportasiya edilərək Bakıya gətirilən jurnalist dövlətə xəyanətdə ittiham olunaraq həbs olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam