Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rauf Mirqədirova Türkiyədən vəkil tutulmasına icazə verilmədi

 

      Vəkilləri bununla bağlı məhkəməyə müraciət ediblər

 

       "Xeberinfo.com": “Ayna-Zerkalo” qəzetinin həbsdə olan əməkdaşı Rauf Mirqədirovun Türkiyədən deportasiya edilməsinə görə, qardaş ölkədə vəkil tutulmasına icazə verilməyib. Bununla bağlı jurnalistin vəkilləri bu gün Nəsimi Rayon Məhkəməsinə şikayət veriblər. 

       Bu barədə musavat.com-a Rauf Mirqədirovun vəkili Elmar Süleymanov məlumat verib. Vəkil bildirib ki, müstəntiq Rauf Mirqədirova Türkiyədə vəkil tutulmasına icazə verməməklə onun hüquqlarını növbəti dəfə kobud şəkildə pozub: “Rauf Mirqədirov Türkiyə və Azərbaycan qanunlarına zidd olaraq, həbs edilib. Bununla bağlı qərara gəlinib ki, Rauf bəy Türkiyədə  pozulan hüquqlarını müdafiə etmək üçün vəkil tutsun. Bunu etmək üçün Rauf Mirqədirovun adından etibarnamə verilməlidir. Biz  müstəntiqdən xahiş etdik ki, Raufa saxlanıldığı yerdə etibarnamə vermək üçün ona şərait yaradılsın. Bizim konstitusiyada hər bir insana bu hüquq verilib. Bunun ikinci bir anlamı yoxdur. Ümumiyyətlə, beynəlxalq qanunvericilikdə də belə bir hüquq normativi nəzərdə tutulub. Bunu hər hansı bir şəkildə məhdudlaşdırmağa yol verilmir. İki gün öncə bizə məktub gəldi ki, müstəntiq Ləmbəranski tərəfindən buna icazə verilməyib. Baxmayaraq ki, Rauf Mirqədirov öz hüquqlarını müdafiə etmək üçün belə bir addım atır. Konkret bununla müstəntiq onun hüquqlarını kobud şəkildə pozur. Olduqca böyük hüquq pozuntusudur”.

        Vəkil bununla bağlı bu gün şikayət verdiklərini bildirdi: “Rauf Mirqədirovun növbəti dəfə hüquqlarının pozulması və müstəntiq Ləmbəranskinin veridiyi qərarın ləğv olunması ilə bağlı bu gün Nəsimi rayon məhkəməsinə şikayət verdik. Qanuna görə, 10 gün ərzində şikayətə baxılmalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam