Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Ermənistan Azərbaycan tərəfindən səsləndirilən istənilən bəyanata qorxu hissi ilə yanaşır”

aydemirov generalllllll

“Silahlı Qüvvələrə ünvanlanan Qurban bayramı təbriki və orada şəxsi heyətə çatdırılan arzu və istəklər belə artıq Ermənistan hakimiyyəti tərəfindən qorxu və hürkü hissi ilə qarşılanır”.

Xeberinfo.com:   Bu barədə APA informasiya agentliyinə Ermənistanın hərbi-siyasi rəhbərliyinin son dövrlər bəzi məsuliyyətsiz və əsassız çıxışlarını şərh edərkən ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.

Onun sözlərinə görə, aprel hadisələrindən sonra təlaş içində olan erməni siyasi rəhbərliyi, radikal addımlar atmaqla çıxış yolunu hakimiyyətdəki lazımsız “ballastlardan” qurtulmaqda axtarır: “Əvvəlcə hərbi qurumlardan xeyli sayda yarıtmaz rəhbər heyətin qovulması, hətta bəzilərinə cinayət işlərinin açılması, sonra isə siyasi rəhbərlikdə “təmizləmə” əməliyyatına başlanılması Sarkisyan-Ohanyan cütlüyünün istənilən yolla hakimiyyətdə qalmaq məqsədindən xəbər verir. Bu addımlara özlərinə lazım olan donu geyindirmək üçün isə erməni hakimiyyəti xalqını Azərbaycan “təhlükəsi” ilə qorxudur. Məhz bu səbəbdən də Azərbaycan tərəfindən səsləndirilən istənilən bəyanatı rəsmi Yerevan öz hakimiyyətinə potensial təhlükə kimi görür, qorxu və hürkü hissi ilə yanaşır. Bu cür olmasaydı bayram təbrikinə belə erməni tərəfi səksəkəli reaksiya verməzdi”.

Y. Aydəmirov vurğulayıb ki, Ermənistan xalqının, istərsə də onun kriminal hərbi-siyasi rejiminin daima qorxu və vahimə içərisində yaşamaqdan qurtarmağın yeganə və ən düzgün yolu isə Azərbaycan torpaqlarının tez bir zamanda işğaldan azad edilməsindədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam