Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yaşar Aydəmirov:“Ermənistanın “Smerç” yaylım atəşli reaktiv sistemləri köhnəlib”

 

Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Ermənistanın təlimlərdə “Smerç” yaylım atəşli reaktiv sistemlərindən (YARS) istifadə etməsi barədə yayılan məlumatlara münasibət bildirib. 

 
Yenixeber.org: General açıqlamasında bildirib ki, bu, Ermənistanın öyünə biləcəyi yeganə silah növüdür.
 

”Nəzərə alsaq ki, “İsgəndər” əməliyyat-taktiki raket kompleksi Ermənistan silahlı qüvvələrinin balansında deyil, “Smerç” YARS onların ordusunun silahlanmasında olan “ən güclü” raket sistemidir. Lakin unutmaq lazım deyil ki, bu raket sistemləri Sovet dövründə istehsal olunub və 1987-ci ildə istifadəyə verilib. Mülki vətəndaşlar bilməsələr də, peşəkar hərbçilər yaxşı bilir ki, 30 il əvvəl istehsal olunan və illərlə anbarlarda saxlanılan silahın bu gün uğurlu tətbiqi böyük şübhə altındadır. Böyük ehtimalla, Ermənistanın “Smerç” YARS-dan atışlar keçirməsi də məhz onların istifadəyə yaralı olub-olmamasının yoxlanılması ilə əlaqədardır. Ermənistandan fərqli olaraq Azərbaycan Ordusunun silahlanmasında olan və daim yenilənən ən müasir raket sistemləri və digər silah növləri dəqiqliyinə və dağıdıcı gücünə görə dünyanın ən qabaqcıl ordularının silahları ilə müqayisə oluna bilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam