Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bu zərbələr ermənilərə dərs olmalıdır” -Yaşar Aydəmirov

 

Yenixeber.org:   Azərbaycan Ordusu Ermənistan tərəfindən planlaşdırılan yeni təxribatın qarşısının və Alxanlı kəndində həlak olan dinc sakinlərin qisasının alınması üçün bu gün düşmənin döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusilə də taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri vurub.

Müdafiə Nazirliyi bildirib ki, cəbhənin Füzuli-Xocavənd istiqamətindəki qoşunlarımızın həyata keçirdiyi bu fəaliyyət nəticəsində, ilkin məlumata görə, düşmənin tabor mərkəzinə daxil olan bölmələrin xeyli canlı qüvvəsi məhv edilib, bir neçə döyüş texnikası tamamilə sıradan çıxarılıb və digər hərbi infrastruktur obyektləri dağıdılaraq bərpa olunmaz vəziyyətə salınıb.
 

Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Modern.az-a açıqlamasında cəbhədəki vəziyyəti dəyərləndirib.

 

O deyib ki, ermənilər ağıllı olsaydılar, bu zərbələr onlara çoxdan dərs olardı.

 

“Ermənistan rəhbərliyi öz xalqı üçün təhlükə yaradır. Ona görə də tez-tez təxribatlara əl atırlar. Ermənilər anlamalıdırlar ki, təxribatlar törədərək cəbhədə vəziyyəti gərginləşdirdikcə, onların itkilərinin sayı da artacaq”

 

Y.Aydəmirov  bildirib ki, Ermənistan ordusu yenidən hər an təxribata əl ata bilər.

“Ona görə Azərbaycan ordusu hər an döyüşə hazır olmalıdır. Ermənilər bizim ordumuzla bacarmadıqlarına görə mülki əhalini hədəf alırlar. Ermənistan ordusu kəşfiyyat cihazları ilə müşahidə aparıb harada qadın, uşaq, qoca varsa, onlara mərmilər atırlar. Onlar hazırda mülki əhalini özlərinə hədəf seçirlər. Ordumuz dinc əhaliyə və şəxsi heyətə qarşı düşmənin istənilən fəaliyyətinin qarşısını dərhal almaq üçün ehtiyatlı olmalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam