Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Sarkisyanın açıqlamaları Ermənistanın “məzlum” daxili auditoriyasına hesablanıb" -General Aydəmirov

yasar-aydemirov

Xeberinfo.com:   Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın səsləndirdiyi bəzi absurd fikirlərin əslində sirkdə klounun insanları əyləndirmək üçün nümayiş etdirdiyi şoudan heç bir fərqi yoxdur. Müsahibədən də görünür ki, suallar Ermənistanın maraqları çərçivəsində hazırlanıb. Müdafiə nazirinin verdiyi cavablar isə daim aldadılan erməni xalqını ölkə rəhbərliyi tərəfindən növbəti dəfə “yenilməz erməni ordusu” mifi ilə arxayın etmək məqsədini daşıyır.

Bu fikirləri sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Azərtac-a açıqlamasında deyib.

General bildirib ki, “İsgəndər” əməliyyat-taktiki raket kompleksləri Rusiya ilə Ermənistan arasında mövcud müqaviləyə əsasən, hələ bir neçə il əvvəl Rusiyanın Ermənistanın Gümrü şəhərindəki 102-ci hərbi bazasının silahlanmasına verilib və 2016-cı ilin aprel döyüşləri zamanı həmin komplekslər artıq Ermənistanda mövcud idi. Lakin Ermənistan onlardan istifadə edə bilmədi. Buna səbəb isə bu raketlərin Ermənistan silahlı qüvvələrinə deyil, məhz Rusiyanın hərbi bazasına aid olmasıdır. Ermənistana isə aprel döyüşlərindən sonra şokdan çıxmaq üçün həmin raket komplekslərini hərbi paradda nümayiş etdirmək və onların guya Ermənistan ordusuna məxsus olmalarını rəsmi şəkildə iddia etmək icazəsi verilib ki, o da bundan məharətlə istifadə edir. Vigen Sarkisyan “İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin Ermənistan silahlı qüvvələrinə heç bir aidiyyətinin olmadığını bilərək, həmin raketlərin istifadəsindən danışırsa, demək bu, nazirin ya ciddi psixoloji problemləri mövcuddur, ya da ki, növbəti aprel döyüşlərinin baş verməsindən yaman təşvişə düşüb. Çünki o, yaxşı anlayır ki, növbəti uğursuzluğun cavabını məhz özü verəcək. Ümumiyyətlə, Ermənistan müdafiə nazirinin bu cür açıqlamalar verməsi onun hərb sahəsindən uzaq olduğunu göstərir.

“Ermənistandan fərqli olaraq, Azərbaycanın heç vaxt öz ölkəsinin təhlükəsizliyinin üçüncü ölkə tərəfindən təmin edilməsi və ya “loru” dillə desək qorunmasına ehtiyacı olmayıb. Azərbaycan bunu hər zaman özü həyata keçirib. Silahlı Qüvvələrimizin hərbi paradlarında isə yalnız Azərbaycan Ordusunun silahlanmasında olan müasir silah və hərbi texnika nümayiş etdirilib. Azərbaycan keçən ilin aprel döyüşlərində həmin silahlardan istifadə etməklə bunu bir daha sübut etdi.

Azərbaycan Ordusu gündən-günə güclənir və bunu Ermənistanın siyasi və hərbi rəhbərliyi çox yaxşı dərk edir. Ermənilər onu da yaxşı dərk edirlər ki, onların köhnəlmiş və istifadəyə yararsız silahları ölkəmizin heç bir ərazisini vurmaq imkanına malik deyil. Lakin Azərbaycanın son illər ərzində aldığı və artıq silahlanmaya daxil etdiyi ən müasir və qabaqcıl silahlar ilə nəinki işğal olunmuş ərazilərdəki düşmən mövqelərini, hətta Ermənistanın paytaxtı da daxil olmaqla bütün ərazilərinə zərbə endirməklə strateji və hərbi təyinatlı obyektlərini qısa müddət ərzində məhv etmək olar.

Bu cür müsahibələr isə cəfəngiyatdan başqa bir şey deyil və Ermənistanın “məzlum” daxili auditoriyasına hesablanıb”, – deyə Y.Aydəmirov qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam