Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

NİDA-çıların valideynləri aclıq aksiyasını dayandırdılar

    xeberinfo.com: Müsavat Partiyasının qərargahında aclıq aksiyası keçirən NİDA Vətəndaş Hərəkatının həbsdə olan 8 gənc üzvünün valideynləri dünən aksiyanı dayandırdılar. Valideynlər aksiyanın dayandırılmasına səbəb kimi övladlarının həbsxanadan etdikləri xahişləri və onların məhkəmələrində iştirak etmək istəklərini göstəriblər.
Tədbirdə çıxış edən NİDA-çı Zaur Qurbanlının anası Səkinə Qurbanlı aksiyanı dayandırmalarının səbəblərindən danışıb: “Biz aksiyanın sona qədər davam etdirməkdə israrlı idik. Sadəcə, övladlarımızın xahişlərini və onların məhkəmələrində iştirak etmək, yanlarında olmaq istəyimizi nəzərə alaraq, bu gün aksiyanı dayandırmağı qərara aldıq. Biz övladlarımız üçün canımızdan keçməyə hazırıq. Aksiyanı dayandırmağımız o anlama gəlməsin ki, biz mübarizəni dayandırdıq. Məhkəmənin hökmünü gözləyirik. Ondan sonra yenidən aclıq aksiyasına başlayacağıq. Hazırda 7 gündür ki, övladlarımız aclıq aksiyası keçirirlər. Onlardan ötrü çox narahatıq”.
Məhbus anası sonda onların hər zaman yanında olan media nümayəndələrinə öz təşəkkürünü bildirdi: “Bu 4 gün ərzində bizimlə maraqlanan, ziyarətimizə gələn, aksiyamız zamanı həmişə yanımızda olan media nümayəndələrinə, xüsusilə də Müsavat Partiyası rəhbərliyinə öz təşəkkürümüzü bildiririk”.
Valideynlər günün sonuna qədər aksiyanı davam etdirəcəklərini söylədilər.
Xatırladaq ki, aclıq aksiyasının keçirilməsinə səbəb 8 NİDA-çı gəncə prokurorun üst-üstə 64 il iş istəməsi olmuşdu.
Əvvəlcə aprelin 17-dən etibarən aksiyaya həbsdəki gənclər başlamışdı. Onların valideynləri isə öz övladlarına dəstək və NİDA-çı gənclərin həbsinə etiraz əlaməti olaraq, aclıq aksiyaslna qoşulmuşdular.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam