Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Aclıq edən NİDA-çı gənclərin səhhəti ağırlaşıb

 

 

Turqut Qəmbər: “Gənclər yemək yeməsələr, onlara zorla yemək yedizdirə bilərlər”

 

   "xeberinfo.com": Artıq 13 gündür ki, NİDA-çı gənclər və AGT-nin üzvü İlkin Rüstəmzadə aclıq aksiyasını davam etdirirlər. Vəkillərinin və yaxınlarının dediklərinə görə, gənclərin səhhətində artıq ciddi fəsadlar yaranıb.
NİDA VH-nın İdarə Heyətinin üzvü Turqut Qəmbərin verdiyi məlumata görə, təcridxanadakı gənclər aclığı dayandırmayacaqları təqdirdə, onlara məcburi olaraq yemək yedirdilə bilər: “Dünən telefonla İlkin Rüstəmzadə ilə danışdım. Artıq səsindən hiss olunur ki, halsızlaşıb. Günü-gündən də vəziyyətləri daha da ağırlaşır. Təcridxanadan bildirirlər ki, davamlı olaraq, gənclərlə aclığı dayandırmaları üçün söhbətlər edirlir. Digər tərəfdən də təhdid edərək, deyirlər ki, bu aclıq davam etsə, onlara məcburi qaydada yemək yedirdəcəklər”.
Turqut Qəmbər NİDA VH olaraq, gənclərə aclıq aksiyasını dayandırmaqla bağlı çağırışlar etdiklərini də  vurğulayıb: “Biz onlarla olan söhbətlərimizdə aclığı dayandırmalarını xahiş etmişik. Amma belə görünür ki, gənclər hələ də aclığı dayandırmaq fikrində deyillər. Səfirlikləri də aclıq aksiyası ilə bağlı məlumatlandırmışıq, yəni onların xəbərləri var. Hətta məhkəməyə gələn səfirliklərin nümayəndələri ilə də bu barədə ayaqüstü söhbətlərimiz olub”.
İdarə Heyətinin digər üzvü Aygün Pəncəliyeva isə aclıq edən gənclərə münasibətdə heç bir normal tibbi müdaxilənin olmadığını dedi: “Üzeyir Məmmədli ilə telefonla danışmışam. Vəziyyəti heç də yaxşı deyil. Bildiyimə görə, artıq hərəkət də edə bilmir, çox zəifləyib. Buna rəğmən aksiyanı davam etdirmək istəyirlər. Onların sağlamlığı ilə bağlı heç bir normal tibbi müdaxilə yoxdur. Həkim gənclərə heç nə etmir, eləcə təzyiqlərini yoxlayıb, gedir. Amma Kürdəxanı Təcridxanasının rəhbərliyi deyib ki, əgər gənclər yemək yeməsələr, onlar zorla yedizdirilə bilərlər”.
Gənclərin durumunu haqda  onların valideynləri məlumat verib
Ən gənc NİDA-çı məhbus Şahin Novruzlunun atası İbrahim Novruzlu oğlunun səhhətinin pisləşdiyini bildirdi: “Bu gün səhər Şahin zəng etmişdi. Dedi ki, ata, mənə görə narahat olmayın. Təsəlli kimi səsini eşitdik. Səhhəti isə çox pisdir. Təcridxana həkimi Şahini tanıyır. 5-6 gün bundan qabaq demişdi ki, demək olar ki, hər gün Şahini görürəm və nəzarətdə saxlayıram. Düzdür, bir tərəfdən təcridxana rəhbərliyi gənclərin aclıq aksiyası keçirdiklərini inkar edir. Digər tərəfdən isə gənclərin aclığı davam etdirəcəkləri təqdirdə, onlara məcburi yemək verəcəklərini deyirlər. Bu günlərdə vəkil Fariz Namazlı da verdiyi açıqlamalarında deyib ki, əgər səhhəti daha da pisləşsə, bu məsələnin həlli qanun çərçivəsində mümkün olar. Amma yenə də zorla olan işlərə mən pis baxıram. Onsuz da ağır vəziyyətdə olan bir adam üçün zorakılıq etmək daha pis olar”.
Digər NİDA-çı gənc Məhəmməd Əzizovun atası Rasim Əzizov oğlu ilə bağlı çox narahat olduğunu, onun səhhətinin kritik həddə qədər ağırlaşdığını bildirdi: “Oğlumun da, eləcə də digər gənclərin də durumu kritikdir. Amma üzə vurmurlar, özlərini sındırmırlar. Siz təsəvvür edin ki, 12 gün yemək yeməyən adam necə olar? Bu dəqiqə həmin gənclərin elə bir yaş dövrüdür ki, aclığın fəsadları hiss olunmur. Amma bir neçə vaxtdan sonra öz ağır fəsadlarını verməyə başlayacaq. Yəni, bu dəqiqə vəziyyət çox kritikdir. Bir-iki dəfə Qırmızı Xaç Cəmiyyətinin təmsilçiləri gənclərlə görüşüblər, onların səhhəti ilə maraqlanıblar. Həkimin yoxlamağına gəldikdə isə bu, yalan söhbətdir. Rəsmi müraciət olunsa da, diqqət yetirən yoxdur. Dövlət tərəfindən də heç bir reaksiya verilmir. Oğlumun vəziyyətinin daha da pisləşəcəyi halda, nə edəcəyimi zaman göstərəcək. Ancaq ümid edirəm ki, heç nə olmaz”.
NİDA-çı gənc Bəxtiyar Quliyevin atası Səməndər Quliyev isə oğlundan aclığı dayandırmasını istəyib: “Hələlik heç bir xəbərim yoxdur. Ancaq növbəti  məhkəmədə onu görmək mümkün olacaq. Mən Bəxtiyara demişəm ki, aclığı dayandırsın. Ancaq dayandırıb-dayandırmadığından xəbərim yoxdur”.
Xatırladaq ki, aprelin 17-də NIDA-çıların məhkəməsində dövlət ittihamçısının gənclərə 6 ildən 8 il 6 aya qədər iş istəməsinə etiraz olaraq, gənc vicdan məhbusları həbsxanada aclıq aksiyasına başlayıblar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam