Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Nida”çıların azadlığ ümidi

 

NIDA

      “Nida”çı məhbuslar Zaur Qurbanlı və Məmməd Əzizovun valideynləri oktyabrın 29-da “Media forum” saytına danışıblar.

      "Xeberinfo.com": Ötən ilin martında tutulan, Bakı İstintaq Təcridxanasında saxlanan gənclər kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər.

      Zaur Qurbanlının anası Səkinə Qurbanlı bildirib ki, oktyabrın 25-də oğlu ilə görüşüb: “Zaur özünü yaxşı hiss edir. Səhhətində heç bir problem yoxdur. Ümid edirəm ki, növbəti əfv sərəncamında Zaur azadlığa çıxacaq. Oğlum azadlığa çıxacağı günü səbirsizliklə gözləyir”.

      Məmməd Əzizovun atası Rasim Əzizov da deyib ki, oğlunun vəziyyəti yaxşıdır: “Hər şey yaxşıdır, amma yenə də dörd divar arasıdır. Ümid edirəm ki, Məmməd və həbsdə olan digər “Nida”çılar azadlığa çıxacaq. Məmməd də buna inanır. Həmişə ümid var. “Nida”çı gənclər əsgər ölümlərinə son deyiblər, buna görə onlara ləkə atmaq, cani, quldur demək düzgün deyil”.

    2013-cü ilin mart-aprel aylarında 8 “Nida”çı həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin bu il mayın 6-da çıxardığı hökmə görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya (aksiyanın tələbi Silahlı Qüvvələrdə qeyri-döyüş itkilərinə son qoyulması olub) zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il, Məmməd Əzizov, Rəşad Həsənova 7 il 6 ay, Bəxtiyar Quliyev, Üzeyir Məmmədliyə 7 il, Şahin Novruzluya 6 il həbs cəzası verilib.

Bəxtiyar Quliyev (o, həbsdə olarkən “Nida”dan çıxıb) və Şahin Novruzlu prezidentin əfv sərəncamı ilə oktyabrın 18-də azadlığa çıxıblar.

Sentyabrın 28-də Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Məmməd Əzizov və İlkin Rüstəmzadə prezident İlham Əliyevə birgə müraciət ediblər. Müraciətdə onlar qeyd ediblər ki, bilik və bacarıqlarını müstəqil Azərbaycanın inkişafı və çiçəklənməsinə sərf etmək istəyirlər. Həbsdə olduqları müddətdə ölkə daxilində və xaricdə gedən prosesləri müşahidə etdiklərini, bir sıra dəyərləndirmələr apardıqlarını diqqətə çatdıran “Nida”çılar prezidentin müstəsna səlahiyyətindən istifadə edərək onları cəzadan azad edəcəyinə inandıqlarını vurğulayıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam