Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rauf Mirqədirovun atası prezidentə müraciət etdi

 

 

     Dövlətə xəyanət ittihamı ilə həbs edilən tanınmış jurnalist Rauf Mirqədirovun atası Həbibulla Mirqədirov prezident İlham Əliyevə açıq məktub yazıb. Jurnalistin atasının Musavat.com-a təqdim etdiyi məktubu olduğu kimi təqdim edirik:

 

    "xeberinfo.com": Möhtərəm Prezident, mən 83 yaşlı bir qocayam. Bu uzun ömrümdə həyatımda çox çətinliklər, əzab-əziyyətlər görmüşəm. Böyük Vətən müharibəsində qardaşımı, dinc dövrdə 13 yaşlı qız övladımı itirmişəm. Çox çətində olsa bu müsibətləri yaşamışam. Amma bugün mənim və ailəmin həyatında ən ağır gündür. Bircə oğlum Rauf həbs edilib. Özüdə elə ağır bir ittihamla. Nələr çəkdiyimi sizə çatdırmaqda acizəm. Möhtərəm Prezident, sizə qarşı özümdə həmişə dərin hörmət hiss etmişəm. Həyat yoldaşım Rəfiqə xanım şəkər xəstəsidir. Həmişə dərmanlarını, təqaüdümüzü alanda sizə, balalarınıza dua edir. Biz bu yaşda heç kəsə möhtac olmadığımız üçün sizə minnətdarıq. Seçkilərdə ailəliklə sizə səs vermişik. Bunu sidq ürəkdən inanaraq etmişik. İnanmışıq ki, təhsilinizlə, təcrübənizlə mütləq bu ölkəni bir yerə gətirib çıxaracaqsınız. İnşallah belə də olacaq. Möhtərəm Prezident, mənim oğlum Rauf Mirqədirov gözəl təhsil almış, “Həsən Bəy Zərdabi” mükafatçısı, “İlin jurnalisti” və sair mükafatların sahibi, Azərbaycan Respublikasının əməkdar jurnalistidir. Dövlətini, vətənini, millətini sevən insandır. Və hər şeydən əlavə saf insandır. O xəyanət etməz,  edə bilməz. Bu mümkünsüzdür. Onun nə ilə nəfəs aldığını belə bilirəm. Azərbaycanın milli azadlıq mübarizə illərində birincilərdən idi. 1990-cı ilin 20 yanvar gecəsi səhərəcən yaralıları daşımış, şəkillərini çəkmiş, hətta rus zabitlərinin qarşısına əliyalın çıxıb “atmayın, dinc əhalidir” deyə atəşin gur yerində olmuşdur. Həmin gecə səhərəcən mən, anası, bacısı küçələri gəzib onu axtarırdıq. Görünür Allahın bizə rəhmi gəldi, ona dəymədi. Sonralar Azərbaycanda aləm qarışanda, hərə torpağımızı bir tərəfə çəkəndə ilk olaraq Rauf öz məqaləsində deyirdi: “Azərbaycanı bu bəladan yalnız Heydər Əliyev qurtara bilər”. Mən o məqaləni indi də saxlamışam. Rauf  dövrün tarixini yazırdı.
Haqqında dövlətə xəyanət ittihamı irəli sürülən oğlum tutulana qədər sutkanın yarıdan çoxunu kampüter qarşısında oturub müstəqil dövlətçiliyimizin inkişafı üçün təhlillər aparır, proqnozlar göstərir, məqalələr yazırdı. Möhtərəm Prezident, mənim oğlum bununla nəfəs alır. Demirəm ki, Raufun səhvləri yoxdur, çox olub ki yazılarında səhv hesab etdiklərimizi  məndə, anası da ona demişik. Elə yazısı olub ki, heç bəyənməmişik, üstünə təpinmişik. Möhtərəm prezident məlumdur,  uca Allah müxtəlifliyi sevər, sözə deyil, niyyətə baxar. Raufun niyyətinin saflığına heç zaman şübhəm olmayıb. Məqalələrində səhvi olubsa, kiminsə könlünə toxunubsa mən bir ata kimi oğlumun əvəzindən üzr istəməyə borcluyam. Möhtərəm Prezident, sizdən dönə-dönə xahiş edirəm bizim bu yaşda belə yaralı, gözü yaşlı qalmağımızı rəva görməyəsiniz. Bizə oğlumuza qovuşdurun. Ümidimiz sizədir!

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam