Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rauf Mirqədirov bəyanat yayıb

 

    "Xeberinfo.com: İyulun 3-də “Ayna-Zerkalo” qəzetinin həbsdə olan əməkdaşı Rauf Mirqədirovun atasının qırx mərasimi keçirilib. Əvvəlcədən vəkilləri Rauf Mirqədirovun atasının yas mərasimi ilə bağlı müstəntiqə müraciət etsələr də, jurnalist atasının yas mərasiminə buraxılmayıb. Buna Rauf Mirqədirovun vəkilləri sosial şəbəkələrdə yazdıqları statuslarda və mətbuata açıqlamalarında öz etirazlarını bildiriblər. 
Rauf Mirqədirovun özü də atasının qırx mərasiminə buraxılmaması ilə bağlı bəyanat verib. Bəyanatda deyilir: “İstintaq orqanı tərəfindən atamın 40 mərasimində iştirak etməyimə icazənin verilməməsini anlayışla qəbul etsəm də, bununla bağlı vəkillərimin istintaqa edilmiş müraciətlərinə heç bir rəsmi cavabın verilməməsini növbəti qanun pozuntusu kimi qiymətləndirirəm. Eyni zamanda mənə bu gündə dəstək olan hər bir şəxsə minnətdarlığımı bildirirəm”.
Xatırladaq ki, Rauf Mirqədirov bu ilin aprelində Türkiyədən deportasiya edilərək, həbs olunub. O, Cinayət Məcəlləsinin 274(Dövlətə xəyanət) maddəsi ilə ittiham olunaraq, haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam