Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Rauf Mirqədirov dövlətə xəyanətdə ittiham edilir

Rauf Mirqədirov dövlətə xəyanətdə ittiham edilir- Yeniləndi

Ehtimal var ki, Jurnalisti Ermənistana səfərlərinə görə suçlaya bilərlər

 

"xeberinfo.com": Türkiyədən deportasiya edilən jurnalist Rauf Mirqədirovun həbs edildiyi açıqlanıb. Bu barədə məlumatı  vəkil Fuad Ağayev verib. Onun sözlərinə görə, günün birinci yarısında  Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi İbrahim Ləmbəranski zəng edib. Müstəntiq bildirib ki, Rauf Mirqədirov şübhəli şəxs qismində saxlanılıb. Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanılıb. Rauf Mirqədirov hüquqlarının vəkil Fuad Ağayev tərəfindən müdafiə olunmasını istəyib. 
Vəkil sabah Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə getməyi planlaşdırır.
Melumata gore, R. Mirqədirov bir neçə ay öncə  -  bu ilin əvvəllərindəErmənistanda səfərdə olub. Qaynaq bildiri ki, bu, Rusiyanın hansısa fondunun təşkil etdiyi konfrans idi və Mirqədirov oraya Türkiyədən də bir heyət olmaqla, Gürcüstan üzərindən gedib. Onunla səfərdə AK Partiyə yaxın olan Uluslararası Strateji Araşdırma Kurumunun (USAK) təmsilçisi də iştirak edib. Mirqədirovun həmin konfransda ermənilərlə mübahisəsi də düşüb... 
Ehtimal etmək olar ki, siyasi icmalçının ittihamında bu səfərin də "payı" var. Bilglərimizə görə, R. Mirqədirov ötən il də Ermənistan səfərində olub. Lakin Rauf Mirədirov həmin səfərlərə gizli getməyib, bu Azərbaycan və Türkiyə dövlətlərinin bilgisi daxilində olub. Mirqədirovu yaxından tanıyan Ankarada yaşayan jurnalist Zaur Bayramlı da belə deyir:  "Rauf Mirqedirovun Ermənistanda keçirilən beynəlxalq tədbirərdə həm mütəxəssis, həm də jurnalist kimi iştirakı Azərbaycan və Türkiyə dövlətlərinin bilgisi daxilində olmuşdur və o, hər dəfə səfərdən qayıtdıqdan sonra səfəri ilə bağlı geniş yazılar yazmışdır. Bunu "Ayna-Zerkalo" qezetinin redaktoru Elçin Şıxlı da təsdiq edə bilər. Mən Rauf Mirqedirovun Azərbaycanın ve Türkiyənin mənafelərini hər hansı başqa bir dövlətin ayağına verməsinə əsla inanmıram". Zaur Bayramov onu da dedi ki, R. Mirqədirov Türkiyədə daim maddi sıxıntılarla yaşayıb: "Bəzən maaşına qədər dostlardan borc alıb və onu maaşını alarkən geri qaytarıb. O, dövlətə xəyanət və xarici qüvvələrə işləməklə məşğul olsaydı, ən azından, minimal yaşam şərtlərini düzəldərdi".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam