Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Rus qoşunu müstəqillik və suverenliyə təhlükədir”

Razi Nurullayev: “Rus qoşunu müstəqillik və suverenliyə təhlükədir”

 

 

“Xarici ölkə qoşunlarının bir ölkənin ərazisində olması faciə deyil. Bu gün Amerika qoşunları Avropa Birliyi daxil Yaponiyaya qədər olan ərazilərdə mövcuddur. Lakin, əfsuslar olsun ki, rus qoşunlarının olma faktı müstəqillik və suverenliyinin təhlükə altına alınmasına səbəb olur”.
Xeberinfo.com:  Bu sözləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev rus qoşunlarının 23 il bundan öncə Azərbaycandan çıxarılmasına münasibət bildirərkən deyib. AXCP sədri qeyd edib ki, Azərbaycanın yeni tarixinin bu şanlı səhifəsi ölməz lider Əbülfəz Elçibəyin adı ilə bağlıdır: “Bu gün 25 may rus qoşunlarının Azərbaycandan çıxarıldığı gündür. 1993-cü ildə onlar işğal altında olan torpaqlar xaric Azərbaycan ərazisini tərk ediblər. Onun üçün də bu gün gözəl gündür və Azərbaycanın yeni tarixinin şanlı səhifəsidir. Bu şanlı səhifə isə ölməz liderimiz Əbülfəz Elçibəyin adı ilə bağlıdır. Məhz, onun prezidentliyi dövründə bu tarixi şans reallığa çevrilib.
Xarici ölkə qoşunlarının bir ölkənin ərazisində olması faciə deyil. Bu gün Amerika qoşunları Avropa Birliyi daxil Yaponiyaya qədər olan ərazilərdə mövcuddur. Lakin, əfsuslar olsun ki, rus qoşunlarının olma faktı müstəqillik və suverenliyinin təhlükə altına alınmasına səbəb olur.
Bu tarix bizə həm də ona görə əzizdir ki, biz Əbülfəz Elçibəyin lideri olduğu bir partiyanın sükanında dayanmışıq. O 10 aylıq hakimiyyəti dövründə böyük işlər gördü,rus qoşunlarını çıxarmaqla bərabər milli ordumuz yaratdı, milli manat buraxıldı və ilk dəfə test üsulu ilə sınaq imtahanı işə düşdü.
Bu gün AXCP yenilənib. Yenilənməkdə davam edəcək və Əbülfəz Elçibəyn böyük arzularının həyata keçirilməsini təşkil edəcəkdir”.
Qeyd edək ki, Əbülfəz Elçibəyin prezidentliyi dövrü, 25 may 1993-cü ildə, rus qoşunları Azərbaycandan birdəfəlik çıxarılıb.(Musavat.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam