Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

AXCP-nin rayon təşkilatının sədri istefa verdi

 

 

    AXCP-nin Qazx rayon Təşkilatının sədri Hikmət Carçılı Orhun istefa verib. 

    "xeberinfo.com": O bu addımı atmasını AXCP üzvlərinin onu "Yeni Müsavat" qəzetində çalışdığına görə dəfələrlə təhqir etməsi ilə əlaqələndirib. Hikmət Carçılı Orhun Qaynar.info-ya göndərdiyi bəyanatda bildirir:

     "Son bir ayda AXCP Gənclər Komitəsinin (GK) fəalları tərəfindən "facebook"da  divarımda şəxsimə olan təhqirlər, inboxuma yazılan dəxlisiz məktublar bir son bulmadığına görə partiyanın GK-nin Ali Məclisinin üzvlüyündən və GK-nin Qazax rayon təşkilatının sədrliyindən istefa verirəm.

     Əvvəllər də mənə bu kimi məktublar daxil olub. Dəfələrlə "satqın", "hakimiyyətin köləsi", "Rauf Arifoğlunun peşkası" kimi ittihamlarla üzləşmişəm. Ancaq Rauf Arifoğlu cəhbhəçi olduğumu, Ə.Kərimlinin partiyasında təmsil olunduğumu bilə-bilə məni işə götürmüşdü və "səndən sadəcə yazı tələb edirəm", - demişdi. 

     Mən, əbədi öndərimiz Əbülfəz Elçibəyin ruhuna xatir AXCP-nin GK-nə üzv olanda hər şeyi tamam başqa cür düşünürdüm: demokratiya bu adamlarla əldə olunar-filan. Amma sən demə, heç partiyadaxili demokratiya belə yox imiş bunların təfəkküründə. Əbülfəz Elçibəy sevgisi isə ümumiyyətlə...

    Mən Elçibəyin ruhuna xatir gəldim AXCP-yə. Elçibəyin ruhuna xatir də, tərk edirəm. Çünki AXCP GK-i deyilən bir yerdə gənclər üçün Əbülfəz Elçibəy, Məmməd Əmin Rəsulzadə deyil, Əli Kərimli yolu öndə gəlir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam