Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“AXCP Elçibəylə birlikdə gedib”

 

  “AXC-nin yaranmasının 25 illik yubileyini qeyd etməyə bütün cəbhəçi hərəkatı üzvlərinin, AXCP, KXCP, BXCP və Müsavat Partiyasının da haqqı çatır. Buna həm də bütün Azərbaycan xalqının haqqı var”. 
 
  "Xeberinfo.com": Bunu  Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa deyib. Onun sözlərinə görə, AXC-dən söz düşəndə Əbülfəz Elçibəyin rəhbərlik etdiyi təşkilatı əsas götürülür: “Ona görə də bu təşkilatın adı ilə Azərbaycan cəmiyyətinə təqdim olunub. Sonrakı dövrlərdə tamamilə deformasiyaya uğramış, müəyyən dərəcədə hədəfələrinə çatmayan, başqa məqsədlərə xidmət edən AXCP anlayışı yarandı. Bu gün kim özünü bu təşkilatın varisi hesab edirsə, onun da yubileyi ayrıca tədbir qeyd etməyə haqqı çatır”.
F.Mustafanın fikrincə, indiki AXCP əvvəlkindən çox fərqlidir: “AXCP Əbülfəz Elçibəylə birlikdə gedib. AXCP Elçibəydən sonra Azərbaycan cəmiyyətində faktiki olaraq hansısa bir rolu olan təşkilat kimi qalmadı və hədəflərindən uzaqlaşdı. 25 illiyi qeydetmə haqqı istənilən insanda var. İndi qeyd olunan tarix Əbülfəz Elçibəy AXCP-sinin tarixi kimi qiymətləndirilməyəcək. Onun tarixdə böyük yeri vardı”.
Qeyd edək ki, iyul ayının 16-da Azərbaycan Xalq Cəbhəsinin 25 illik yubileyi keçiriləcək. Yubileylə bağlı AXCP, BXCP, KXCP-nin tədbirlər keçirəcəyi gözlənilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam