Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Razi Nurullayevdən Əbülfəz Qurbanlının istefasına münasibət

 

"Əli Kərimli mənim kimi Əbülfəz Qurbanlıya da şər atacaq"

"Xeberinfo.com":   Məlumata görə, AXCP sədrinin sabiq müavini Razi Nurullayev vaxtilə partiyada həmkarı olan Əbülfəz Qurbanlının istefasına münasibət bildirib. 
R. Nurullayev AzVision.az-a açıqlamasında deyib ki, Ə. Qurbanlının istefası AXCP-dəki daxili narazılıqlarla bağlıdır: “Bu gün AXCP-dəki vəzifəli şəxslər üçün bərabər şərait yaradılmır, partiya resursları bərabər bölünmür. Əbülfəz Qurbanlının istefasının da bu məsələlərdən qaynaqlandığını düşünürəm”. 
AXCP sədrinin sabiq müavini istefa verən zaman Ə. Qurbanlının onu tənqid etməsindən də danışıb: “Mənim partiyadan istefa verməyə məcbur olunmağımı özümə qarşı haqsızlıq sayıram. Hərçənd ki mən AXCP üçün əlimdən gələni edirdim. Ancaq, bunu dəyərləndirmədilər. Əksinə şəxsimə qarşı qısqanclıq halları çoxaldı, əsassız ittihamlarla üzərimə gəldilər və sonda isə istefaya məcbur olundum. Çünki, partiyaya sərf etməyən ifadələri işlədirdim. Bu isə demokratik cəmiyyətlər üçün vacib şərtdir.” 
R. Nurullayev hesab edir ki, partiyadan gedənlərin hər birinin üzərinə vurulan damğalar Əbülfəz Qurbanlıya da vurulacaq. 
Qeyd edək ki, AXCP sədrinin müavini Əbülfəz Qurbanlı bu gün təmsil olunduğu partiyadan istefa verdiyini bəyan edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam