Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Qarşı tərəf atəşkəs rejiminin tələblərinə riayət etmir"

5013

“Dünən – aprelin 1-dən 2-nə keçən gecə erməni separatçı qüvvələri cəbhənin Tərtər istiqamətində növbəti dəfə atəşkəsi pozub. Gecə saatlarından başlayaraq bu hal daha da intensivləşib. Ağır texnikalardan, iri çaplı silahlardan güclü şəkildə istifadə olunması yerli əhali üçün gözlənilməz olub və böyük təhlükə yaradıb. Dinc sakinlər arasında ölən və yaralananlar var”.

Xeberinfo.com:   Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, bunu Milli Məclisin deputatı, Azərbaycan “Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin üzvü Rövşən Rzayev deyib.

O bildirib ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların davam etməsinə baxmayaraq qarşı tərəf atəşkəs rejiminin tələblərinə riayət etmir: “Azərbaycanın məsələnin ərazi bütövlüyü çərçivəsində dinc və ədalətli yolla həll edilməsi cəhdlərinə əks tərəf daim təxribatlarla cavab verir.

Ermənistan dövlətinin apardığı işğalçılıq və təcavüzkar siyasət münaqişənin uzanmasına və daha da gərginləşməsinə səbəb olur. Ona görə də bu atışmaların dərhal qarşısı alınmalı, ATƏT-in Minsk qrupuöz fəaliyyətini təcili gücləndirməlidir. Sülh danışıqları prosesi davam etdirilməlidir. Beynəlxalq təşkilatlar məsələyə münasibət bildirməli, atəşkəs bərpa olunmalıdır. Əks halda münaqişənin daha aktiv fazaya keçməsi üçün şərait yarana bilər və münaqişə regionda daha ağır nəticələrə səbəb olar. Bunun isə məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam