Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Chatham House”da Qarabağ müzakirəsi

 

Britaniyanın Kral Beynəlxalq Münasibətlər İnstitutu-“Chatham House”da “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi” mövzusunda tədbir keçirilib.

 

"Xeberinfo.com":   Məlumata görə, tədbirdə Londonda fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, beynəlxalq təşkilatların və şirkətlərin nümayəndələri, akademik dairələrin üzvləri, tədqiqatçılar, regiona maraq göstərən ekspertlər iştirak ediblər.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin idarə heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev, ADA Universitetində siyasi elmlər üzrə dosent Kavus Abuşov çıxış ediblər.

R.Rzayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti, başlanma səbəbi, hazırkı vəziyyəti, tərəflərin mövqeyi və problemin həlli yolları haqqında məlumat verib. Milli Məclisin deputatı beynəlxalq qurumları məsələyə daha ciddi yanaşmağa və münaqişənin tez bir zamanda həll edilməsi üçün daha böyük səylər göstrməyə çağırıb. Bildirilib ki, münaqişənin həllinə dair Azərbaycan hökumətinin mövqeyi beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanır və Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasını nəzərdə tutur.

K.Abuşov doğma torpaqlarımızın işğalçı ölkə tərəfindən zəbt edildiyini, bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün olduğunu diqqətə çatdıraraq deyib ki, dünyadakı digər münaqişə ocaqlarında olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinə də, Xocalı soyqırımı kimi faktlara da ciddi yanaşılmalı, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir.

Sonda iştirakçıların sualları cavablandırılıb və müzakirələr aparılıb. İştirakçılar müzakirələrdə fəal iştirak ediblər və münaqişənin həllinə xüsusi maraq göstəriblər. (Azərtac)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam