Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

HANI BU QANIN YİYƏSİ?!

 

 

MƏHƏMMƏD HADİYLƏ RUHLARIN YOLUNAN SAÇLARI

 

Xeberinfo.com:   “Qaldıq əlində bir sürü ərbabi-vəhşətin; Olduq əsiri pənceyi-qəhrü müsibətin...” . Beyt  Məhəmməd Hadidəndir. Xocalı harayı ilə yazdığım yazıların 2000-ci ildən ta bu günədək (ondan qabaq bir az başqa formatda olub) demək olar ki, giriş hissələri eyni olaraq qalmaqdadır.  Böyük şairimiz Məhəmməd Hadidən sitat  gətirdiyim beytdə rus və erməni birləşmələri tərəfindən məruz qaldığımız soyqırım və buna paralel olaraq günümüzün yaşantıları öz əksini tapmaqdadır. Ötən əsrin əvvəlində də belə olub, əsrin sonunda da. Təzə minillik başlayıb və indi də çarəsizik, dərdlərimizə biganəyik. Ona görə ağı deməyim də elə o  zaman 2000-ci ilin lik ayında köşə  yazılarımın birində yazdığım formatdadır: “xoş gəldin, yeni minilliyim, qarşıla bizlərin timsalında sevgili məmləkətimizin nanəcib vətəndaşlarını!!!”. Minilliyimizsə artıq yavaş-yavaş bir qərinənin yarısını yola verib...

O andan düz 16 il, bizə görə bəşər tarixində analoqu olmayan XOCALI SOYQIRIMInın üstündənsə artıq 24 il keçəndən sonra yenə də

 

SUAL OLUNUR

Bu zaman kəsiyində fərd olaraq hər bir kəs öz cavabdehlik hissindən irəli gələn addımlar atıbmı?

Ötən zaman kəsiyində dəyişən nə olub?  

“Ümummilli dərdimiz”ə münasibətdə toplumsal mövqeni ortalığa qoya bilmişikmi?

“Qisasımızı alacaq sabahımız”ın  bizə qarşı törədilən bəşəri cinayətdən,  bu soyqırımları, bu cinayətləri gerçəkləşdirən terror şəbəkəsinin fəaliyyətindən  doğru-dürüst məlumatı varmı?...

Düzdür, həm dövlət, həm də Heydər Əliyev Fondu Xocalı Soyqırımının dünya ictimaiyyətinə daha geniş çatdırılması istiqamətində xeyli iş görüb. Bütün mümkün vasitələrdən istifadə etməklə bu istiqamətdə görülən işlər alqışlanasıdır. Ancaq “”sivil dünya”nın belə məsələlərə yanaşmadakı nadanlığı, ikibaşlı oyunu da göz önündədir. Belə olan halda yetişən gənclik bizi soyqırıma, deportasiya  məruz qoyanlardan qisasımızı ala biləcək ruhda tərbiyə olunmalıdır.

OLUNURMUc?! Çalıb-oxumaq bu millətin ən böyük sevgisi, ən böyük problemi olub – heç elə bil əsirlikdə qalan 6 min nəfərdən yuxarı İNSAN bu yurdun övladı deyil, heç elə bil işğal olunan torpaqlar bizim deyil!!!!

Xocalıda doğulub, Xocalıda böyüyən erməni uşaqlarla birgə əməllərinə rəğmən “Səkinəyeva, Züleyxayeva” soyadıyla çağırılası bütün Azərbaycan kişisinin böyütdüyü və Xocalını heç tanımayan, Bakının göbəyində “inanılmaz gecə keyfləri” görən həmin uşaqların tay-tuşlarının da artıq 24 yaşı var. Həmin 24 yaşlı erməninin atası, anası Livandan, Suriyadan qaça-qaça gəlib Xocalını rusların köməyilə işğal edərək orada yurd saldı. Bizimkilərsə heç olmasa Xocalıya yaxın olan ərazilərimizdə də deyil, birbaşa paytaxta gəlib, indiki 24 yaşlı övladlarının “inanılmaz gecə keyfləri”ni təmin etdilər!!!

Və həmin 24 yaşlı uşaqların atalarının, analarının, qohumlarının, onları əhatə edən külli-aləmin istəkləri, arzuları, tələbləri də “yeniləşdi”. İNDİ O UŞAQLARIN BÖYÜKLƏRİNİ  “çörək pulu”, “ışıq pulu”, “qaz pulu”, “su pulu”, tələbə övladının pullu təhsil sistemindəki ödəniş pulu, “vaxtında və qədərində verilməyən” qaçqın pulu, köçkün pulu, veteran pulu, əlil pulu, Şəhid pulu, “Milli Qəhrəman” adı, tikilən evlər, verilən torpaqlar, hədiyyə olunan maşınlar, qərəz, bütün növ yardımlardan maksimum səviyyədə yararlanmaq istəyi DÜŞÜNDÜRÜR. İlin bir günündə Xocalı haqqında danışmaqla hansısa vətən sevgisini yeni nəslə aşılamaqdan danışmaq sadəcə olaraq, insanların özü-özlərini  illüziya qurbanına çevirmələrindən başqa bir çey deyil. Biz Dərdlərimizdən özümüzə all-güllü don biçirik, özü də “razrez”i lap yuxarıdan olanından. Heç utanmadıq ayıbımızdan. Utanmadan bir məntiqlə də çıxış edək  ki,

ƏGƏR BELƏ OLMASAYDI...

vətən haqqında düşünən kəs sadalanan və sadalanmayan bütün imtiyazlardan elə birinci ildən imtina etməli idi. Belə olan halda harınlamış məmur təbəqəsi də onların adından istifadə edə bilməz və böyüyən uşaqların içindən keçən sızıltı onları dədə-baba yurduna səsləyərdi. ÖZÜMÜZÜ ALDATMAYAQ. Bu gün qaçqınlara verilən statuslar, imtiyazlar bir tərəfdən bir milyon insanı ələbaxımlılığa öyrədirsə, digər bir tərəfdən də başqa kateqoriyadan olan insanımızla o kəslər arasında nifrət toxumu əkir. SUAL OLUNUR: necə olur, “dərdlərimiz ümummilli olur”, ancaq insanımıza yanaşmada ortaya fərqli mövqelər qoyulur? Nə vaxta qədər bu statuslarla dövlət büdcəsi talan ediləcək? Adam xəz-dəri dükanı işlədə-işlədə, adam dövlət aparatında, məhkəmə, bank sistemində  işləyə-işləyə, deputat ola-ola üstəlik “çörək pulu” alır, bütün növ kommunal ödənişlərinə görə imtiyazlardan istifadə edir. Artıq yer, yurd istəyini sadalanan bu amillər çoxdan üstələyib.  ƏCƏBA, bunu eşidən, görən  imkansız, kimsəsiz uşaqda sən necə vətən sevgisi aşılaya bilərsən!?

ƏGƏR BELƏ OLMASAYDI, ökəiçi siyasi qüvvələr əllərində olan informasiya şəbəkələri vasitəsilə eybəcər cəmiyyət kodeksini millətə teleekranlar, digər mətbu vasitələrlə təqdim etməzdilər!

ƏGƏR BELƏ OLMASAYDI, ölkənin qanunverici orqanı kimi bir sistemdə milli-mənəvi dəyərlərimizə münasibətdə NAQİFHƏMZƏYEVLİLİK, MUSAURUDLULUQ, AQİLABBASLILIQ, mətbuatımızda da EYNULLALILIQ eləyənlər  olmazdı!

ƏGƏR BELƏ OLMASAYDI, rusların köməkliyilə ermənilər tərəfindən işğal olunmuş torpaqlarımız bizi birliyə səsləməkdəykən, AQİLABBASLAR, RƏŞADMƏCİDLƏR türk millətini rusdan üzr istəməyə təşviq etməzdilər!

ƏGƏR BELƏ OLMASAYDI, tamamilə lazımsız qurum olan “Qaçqınkom”un sədri ƏLİ HƏSƏNOV “erməni xalqı bizm düşmənimiz deyil”  deməzdi!....Və.....və,  nöqtər...Çox sevdiyim Qələm Əhli və dəyərli aydınlarımızdan olan RƏFAEL HƏBİBOĞLUnun mənən dara düşəndə köməyinə “ƏŞŞİ”  kəlməsi gəlir, mənim də üç nöqtələr....

Bunun Əlisi belə deyirsə, mənim durub Rəşad Məcid adlı bir adama “hanı sənin ötən illər ərzində Umudlu, Xocalı soyqırımıyla bağlı dərc etdirdiyin kitablar?” deməyim artıq bir şeydir. Baxmayaraq ki, ermənilər ötən yüz ildə qondarma soyqırımla bağlı dünyanın ən aparıcı dillərində yüz mindən artıq kitab buraxıblar. Bunlar da özlərinin və dədələrinin oxunmayan “külliyyatı”nı büdcənin pulu hesabına çap etməkdədilər. Ancaq erməninin pəpə deyənindən tutmuş ta məmə yeyəninə qədər hər kəs bir nöqtəyə vurur. Di gəl ki, bizdə qaçqınkom Həsənov “erməni düşmənimiz deyil” deyir. XOCALI SOYQIRIMINI TÖRƏDƏN 366-cı motoatıcı RUS DİVİZİYASInın vəhşiliyini guya ki, görən, dərk edən və həm də qaçqın olan Aqil Abbas “türk rusdan üzr istəməlidir, millət soğan əkməlidir”  söyləyir! Dəhşətə bax!!! Sən acdan, haqqı tapdalanandan, işsizdən necə “vətənsevər” formalaşdıracaqsan. Boğazdan yuxarı danışmaq lazım deyil, bəli, qansızların anasını ağladan böyük Çingiz Xanımız  tam düzgün söyləmiş ki, əsgəri qələbəyə aparan yol onun mədəsindən keçir....

Millətin mənəviyyatının para hesabına zorlanması həm daxili resurslar, həm də xarici rıçaqlar vasitəsilə həyata keçirilir. Şübhəsiz ki, daxili resursların özü də xarici rıçaqların uzantılarıdır....

İnsanlığın  xislətinə “ən vəhşi canlı” yarlığını “bəxş” edən qorxunc üsullarla  715 NƏFƏR XOCALI SAKİNİnin QƏTLə yetirilməsi, 467 NƏFƏRin ƏLİL olması, 1275 NƏFƏRİN GİROV götürülməsi, 60-DAN ARTIQ UŞAĞIN analarının gözləri qarşısındaca param-parça edilməsi, 8 AİLƏNİN BÜSBÜTÜN MƏHV edilməsi, atanın gözü qarşısında qızının zorlanması, hamilə qadının qarnını yırtıb cocuğuyla futbol oynamaq XOCALI SOYQIRIMI zamanı rus və erməni birləşmələrinin sinəmizə vurduğu TARİXİ YARAdır. DƏHŞƏTƏ BAX Kİ, bütün bunların üstündən 24 il keçəndən qaçıb gəlib burada komitə rəhbəri olan birisi durub deyir ki, “erməni xalqı düşmənimiz deyil” !!!! “Bir milyon”luq ordudan bircəciyinin “Qaçqınkom” sədrindən bunun niyəsini

 

SORAN OLDUMU?

 

Sormadılar. Sormadıq. Elə ona görə də bizlər hələ də nanəcib vətəndaş olmaqdan qurtula bilmirik.Çünki hələ də bir yığın suallar var ki, aidiyyatı şəxslər tərəfindən cavablandırılmayıb.

MƏSƏLƏN, bir zamanlar VƏTƏNDAŞ HƏMRƏYLİYİ PARTİYASInın sədri, keçmiş millət vəkili, xalq şairi SABİR RÜSTƏMXANLI deyirdi ki, “Ziyafət Əsgərovun Xocalı soyqırımıyla bağlı tərtib etdiyi siyahıda az qala heç erməniylə rusun adı yoxdur!”. Bunun açmasını Rüstəmxanlıdan və Əsgərovdan soran oldumu?

YAXUD, Milli Azadlıq Hərəkatımızın Öncüllərindən olan TƏHMASİB NOVRUZOV vurğulayırdı:  “İsa Qəmbər deyirdi ki, Ayaz Mütəllibobu pis vəziyyətdə qoymaq üçün 5-6 kənd boşaldılmalıdır”. Bunun açmasını indi Siyasi Düşüncə Mərkəzi yaradan, Müsavat Partiyasının lideri İSA QƏMBƏRdən, TƏHMASİB NOVRUZOVdan, AYAZ  MÜTƏLLİBOVdan soruşan oldumu?

ƏVƏZ ZEYNALLInın qapısı dost qapısıdır, yaman qonaq-qaralı çıxıb. Ancaq Əvəz bəy də deyəsən qonağa “qadan alım ay qonaq,  doyunca ye, iç, ancaq nəbadə, nəbadə  dirini paralayıb, paranı da yarlayasan!” ismarıcını verənlərdən olub!!! İki gündən bir “qaynar qazan”ların buğu virtual, vizual aləmi bürüyür, qapağı açanda görürsən ki, qaynayan yalxı su imiş. Görən Əvəz bəy niyə soruşmur belə şeylərdən? Axı bu və ya digər kateqoriyadan olan suallar Xocalı labirintindən çıxış yoluna aydınlıq gətirəcək, elə hey yapışıb “Sevgililər Günü”nün qulpundan. Qardaş, millətin ən böyük sevgilisi elidir, obasıdır, yurdudur, torpağıdır, bundan da ayrı düşmüşük. Siz nəyi və hara calaq vurursunuz? Alınıbmı torpaq? O Sevgi uğrunda ayağa qalxan İlhamların, Fərizələrin Böyük İdeallarını millətə unutdurmayın , Əvəz Zeynallı!!!...Hələ də maraq doğuran suallardandır ki,

 

GÖRƏN O ZAMAN...

GÖRƏN O ZAMAN bizim mətbu nümayəndələrimiz nədən susurlar? Olmaya bu maraqlar xidmətlərində dayandıqları şəbəkə maraqlarıyla üst-üstə düşmür!?Mən yanılırımsa, buyurub aydınlıq gətirsinlər. Hanı bəs sizin “hərbi rels” üzərində addımlama istəyiniz ?

GÖRƏN O ZAMAN nədən Ayaz  Mütəllibov hakimiyyəti SSRİ Silahlı Qüvvələrinin 4-cü ordu hissələrinin respublika tabeçiliyinə keçirilməsinə maneçilik edirdi?

GÖRƏN O ZAMAN hakimiyyətə iddialı olan AXC-nin müdafiə nazirlərinin tez-tez dəyişdirilməsində marağı nə idi və kimlər daha çox bu təklifdə bulunurdular?

GÖRƏN O ZAMAN məhz AXC fəallarının təklifilə təyin olunan müdafiə nazirlərinin tez bir zamanda dəyişdiilməsini şərtləndirən səbəblər nə idi və sonradan AXC-dən qopan qüvvələr nədən bu məsələnin gizlinlərinin qorunub saxlanılmasında hələ də “həmrəy”dirlər?

GÖRƏN O ZAMAN Mütəllibova qarşı təşkil olunan intensiv aksiyaların əsas tərəfdarları kimlər idi və nədən bu aksiyalardakı tələblər daha çox “Primakovun iddiaları ilə üst-üstə düşürdü”?

GÖRƏN O ZAMAN hansı səbəblər ucbatından 1991-ci ildə keçirilməli olah hərbi səfərbərlik 3 ay müddətinə yubadıldı və niyə məhz 3 ay?

GÖRƏN O ZAMAN həmin yubadılmadan 17 min nəfərlik çağırışçını ordudan yayındıranlar kimlər idi və məqsəd nə idi?

GÖRƏN O ZAMAN 24.02.1992-ci il tarixdə hansı və kiminlə olan anlaşılmazlıqlar müdafiə naziri Şahin Musayevin vəzifəsindən uzaqlaşdırılmasına səbəb oldu?

GÖRƏN O ZAMAN AXC hansı maliyyənin hesabına aktiv fəaliyyət göstərirdi?

GÖRƏN O ZAMAN dövlət fondunda olan və dövlətə ayrılan pulların aqibəti necə oldu?

GÖRƏN O ZAMANdan ta bu günədək  həmin dövrün  AXC fəalları olmuş və sonradan başqa siyasi qurumlarda təmsil olunanlar nədən o pulların taleyilə bağlı da susmaq baxımından eyni “həmrəyliyi”  nümayiş etdirmədədilər?

GÖRƏN O ZAMAN Fəhmin Hacıyevin “günahı” nədə olub ki, Xocalı soyqırımına görə də təkcə onu tutmuşdular?           

GÖRƏN O ZAMANdan ta bu günədək özünü vətənin taleyini düşünən kimi göstərməyə çalışan ELMAN MƏMMƏDOV heç olmasa bu suallardan bircəciyinin cavabının aydınlaşdırılması üçün səy edibmi? . Bütün bunlara rəğmən

 

MƏN DƏ ÖZÜM BİLƏRƏKDƏN

 

danışmıram. Bilərəkdən 1992-Cİ İLİN  25-DƏN 26-NA KEÇƏN GECƏnin şaxtasından, sazağından , soyuğundan, vəhşətindən, dəhşətindən,  erməni qəbri üzərində qulağı və başı kəsilən türklərdən, ana gözünün qarşısında kiçik yaşlı qız balasının bədəni üzərində sərxoş erməninin apardığı “cərrahi əməliyyat”dan, tikə-tikə doğranıb başqa bir Azərbaycan türkünə yedizdirilən “tazə can əti”ndən, taydöş qadınların ahından, naləsindən, ağlayan cocuğa kəsilmiş ana döşünün əmzik yerinə verilərək adamın tüklərini ürpəşdirən səhnədən, o cocuğun ərşə bülənd olan çığırtısından, atanın gözü qarşısında qızının zorlanmasından, içki şüşələrinin yazılası mümkün olmayan cəza növünə çevrilməsindən, Azərbaycan türkünün dağıdılmış beyin yarımkürələrilə erməninin türk qanına bulaşmış ayaqqabılarını onun yoldaşlarına yanıq verərək silməsindən danışmıram. Öz qamış səltənətindən qovularaq burada imarətlərdə kef çəkənlərin görmədikləri güzərandan da danışmıram.  Torpaq deyil, birbaşa “çörək pulu” davasını edən və dövlətə qarşı sosial narazılıq formalaşdıran, vətəndaşla dövlət arasında uçurum yaradan bank sektorunun ucbatından çörəyə, evə, eşiyə möhtac qalan ata, ananı quru çörəyə möhtac etməklə hansı vətən sevgisini formalaşdırmaq olar, heç bundan da danışmıram. O zaman vurulan teleqramların cavabsız qalmasından, “Xocalıda 2 nəfər ölüb” rəsmi informasiyadan, heç Allah rəhmət eləsin Xocalı üçün canını fəda edən Ər Oğullarımızın Qəhrəmanlıqlarından, mütəllibovçu qüvvələrin indi parlamentdə təmsil olunmalarından da, “yolumuzdan dönər olsaq, namuz bizə ar olsun!” hayqıranların “şərəfsizlikləri”ndən

 

DANIŞMIRAM

 

Danışmıram ona görə, o NİGARAN RUHLARdan, o KƏSİK QOLLARdan, o KƏSİK QIÇLARdan ayıbdır. Həmin RUHLAR, həmin QOLLAR, həmin QIÇLAR indi Qarabağ səması üstündən və Şəhidlər Xiyabanından bizim nankorluğumuz sey edərək özlərini dağa-daşa vururlar.  “Qaçqınkom”un “erməni xalqı bizim düşmənimiz deyil” kəlməsindən yanıb qovrulurlar, görəndə ki, onların bacı-qardaşları orden, medal, çörək, qaz, işıq, təhsil pulu hayndadır - cızdağları çıxır. ONLAR da Məhəmməd Hadinin Ruhuyla dərdləşərək  Onun “...ərazimiz, vətənimiz, mülkümüz mal oldu əğyarə; bütün məhrum qaldıq malü cahü şanü şövkətdən” beytiylə ağı söyləyir,  “hanı bu qanın yiyəsi?!”–deyə,  saçlarını yolurlar....Minillik də nanəcib vətəndaşlarla öz işindədir.....   

 

İGİD TEYMURLU 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam