Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

Metroda gediş haqqı bahalaşacaq

 

    “Bakı Metropalitenində qiymətlər 150 faiz artaraq 50 qəpik olacaq”

 

   "xeberinfo.com": Bakı Metroplitenində bir sərnişinin daşınmasının maya dəyəri son illərdə beş dəfədən çox artıb. Bu barədə prezident İlham Əliyev Bakı və ətraf qəsəbələrinin inkişafına dair II Dövlət Proqramının yekunlarına dair keçirilən konfransdakı çıxışında bildirmişdi.

 

    Prezidentin sözlərinə görə, hazırda metroda bir sərnişinin daşınması dövlətə 1 manatdan yuxarı başa gəlir.
 
     Xatırladaq ki, iki il bundan əvvəl Bakı Metropoliteninin sabiq rəhbəri Tağı Əhmədov bir sənişinin daşınmasının dövlətə 49 qəpiyə başa gəldiyini açıqlamışdı. Onun hesablamalarına yeni stansiyaların tikintisinə, metro təsərrüfatının işlədilməsinə, qatarların yenilənməsinə və digər işlərə çəkilən xərclər də daxil idi.
      İndi isə qiymətlərin artırılması barədə yeni məlumatlar yayılıb. Məlumatda deyilir ki, metro ərazisindəki ticarət obyektlərinin sökülməsindən sonra Metropalitenin gəlirlərindəki kəskin azalmanı kompensasiya etmək üçün bu addım atılıb. Qərarın yaxın günlədə cəmiyyətə açıqlanacağı bildirilir.
   
   Məsələ ilə bağlı Metropalitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarverdiyeva açıqlama verib. O bildirdi ki, bu barədə nəsə deyə bilməyəcək:“Qiymət artımı ilə bağlı heç bir məlumat yoxdur, mənə heç kim məlumat verməyib”.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam