Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

"Onlar sussaydılar, daha ləyaqətli olardı" -Deputat Milli Şuranı vətənə xəyanətdə ittiham etdi

Deputat Milli Şuranı vətənə xəyanətdə ittiham etdi

 

Ermənistandan sığınacaq istəyən “Talış Mədəniyyət Mərkəzi”nin İdarə Heyətinin üzvü və “Tolişi Sado” qəzetinin əməkdaşı olduğu deyilən Şahin Mirzəyev Milli Şuranın üzvü olub 

Xeberinfo.com:  O, Azərbaycanda 2013-cü ildə keçirilən prezident seçkilərində Milli Şuranı dəstəkləyib, keçirilən mitinqlərə qatılıb. Milli Şura isə bu faktı danır və ondan imtina edir. Hansı ki, Milli Şura dəfələrlə dövlətə xəyanətdə ittiham olunub.

Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin rəhbəri, millət vəkili Aydın Mirzəzadə bildirib ki, bu gün cəmiyyətin Milli Şura və müxalifətin radikal cinahına çox sərt suallar vermək hüququ var: “Nədən dünənə qədər onlarla hakimiyyətə qarşı mübarizə aparan insan bu gün düşmən tərəfə keçir və Xocalı soyqırımını törədənlərdən siyasi sığınacaq istəyir? Bunun özü göstərir ki, Milli Şuraya toplaşanlar və hakimiyyətə qarşı radikal mövqedən çıxış edənlərin siyasi düşüncəsi nədir.

Sabah digər Milli Şura üzvünün də Ermənistan tərəfinə keçəcəyi istisna deyil. Bunun özü göstərir ki, Milli Şura Azərbaycana kənardan, süni yollarla gətirilmiş proyektdir. Bəlkə də Ermənistan xüsusi xidmət orqanlarının iştirak etdiyi və uğursuzluğa düçar olan bir layihədir. 

Azərbaycan demokratik, hüquqi dövlətdir. Siyasi mübarizə üçün kifayət qədər yer var. Amma, siyasi mübarizə dövlətçiliyə, müstəqilliyimizə qarşı düşmən önündə diz çökməklə olmamlıdır. Şahin Mirzəyev göstərdi ki, o, bu kateqoriyadan olan insandır. Belə çıxır ki, əlində müxalifət bayrağı tutanlar hakimiyyətə gələcəkləri təqdirdə Azərbaycanın müstəqilliyini belə qurban verməyə hazırdırlar”. 

Milli Şuranın Şahin Mirzəyevdən imtina etməsinə gəlincə, YAP funksioneri deyib: “Onlar sussaydılar, daha ləyaqətli olardı. Ortada faktlar ola-ola dünənki üzvündən imtina etməyin özü siyasi mübarizəyə hazırlıqsızlarını, eyni zamanda hansısa qəti bir əqidə tərəfdarlarının olmadığını göstərir. Şahin Mirzəyev Milli Şuranın, onların ideologiyasının yetirməsidir. Onların siyasi düşərgəsində bərkimiş, bayrağını daşımış insandır. Bu gün onlar sözdə bu adamdan imtina edə bilərlər. Amma, dünənə qədər bir sırada görünürdülər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam