Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Daha bir qurum Milli Şuranı tərk edə bilər

 

 

     Dəyərli oxucularımıza da məlumdur ki, saytımızda Milli Şuranın fəaliyyəti barədə silsilə yazılar dərc etmişik. Demək olar ki,həmin yazılarda Şurada baş verən bütün proseslər barədə məlumat vermişik. Ən əsasıda Milli Şurandan istefa verən şəxslər, ayrılan təşkilatlar barədə oxucularımızı məlumatlandırmışıq.

    Daha bir məlumatda qeyd olunur ki,Milli Şuranı təşkil edən əsas təşklatlardan biri hesab edilən “EL” hərəkatı yaxın aylarda Milli Şura sıralarını tərk edə bilər. "xeberinfo.com" bu barədə özəl mənbələrdən məlumat əldə edib. Mənbənin məlumatına görə, “EL” rəhbərliyinin Rüstəm İbrahimbəyovun liderliyi məsələsini gündəmə gətirməsi heç də təsadüfi deyil: “R.İbrahimbəyovun fəxri sədr olması ilə bağlı məsələ Milli Şura daxilində müzakirəyə çıxarılanda iştirakçıların böyük əksəriyyəti bu təklifə qarşı çıxdı. “EL” hərəkatı həmin vaxt R.İbrahimbəyovun fəxri sədrlik məsələsini dəstəkləsə də, onun təşəbbüsləri səmərə vermədi. Müsavat Partiyasının Milli Şura sıralarını tərk etməsindən sonra adıçəkilən qurum daxilində mürəkkəb situasiya yaranıb ki, bu da “EL” hərəkatını bu qurumla yollarını ayırmaq məcburiyyəti qarşısında qoyub. Fəqət “EL” rəhbərliyi bu gedişatı mümkün qədər ciddi arqumentlər əsasında reallaşdırmaq niyyətindədir. Bu səbəbdən də “EL” hərəkatı yetkililəri tərəfindən R.İbrahimbəyovun liderliyi məsələsi gündəmə gətirilib ki, əslində bu müzakirələrin hansı nəticə ilə sonuclanacağı qabaqcadan bəllidir. Heç kim şübhə etmir ki, R.İbrahimbəyovun fəxri sədrliyinə “yox” deyən Milli Şura onun liderliyinə də eyni cavabı verəcək. Məhz bu cavab “EL”in Milli Şuranı tərk etməsi üçün siyasi arqument rolunu oynayacaq”.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam