Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“BÜTÜN İŞLƏRƏ AĞSAQQALLIĞI ÖZÜM EDƏCƏM…” –İlham Rəhimov danışdı (Yeniləndi)

 

ilham rehimov

Yenixeber.org: Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı və dostu, azərbaycanlı oliqarx-milyarder İlham Rəhimov bu ölkədəki kommersiya daşınmaz əmlak biznesini tərk edib. RBC agentliyi xəbər verir ki, Rəhimov “Kiyevskaya ploşad” şirkətlər qrupundakı payını başqa şəxsin adına keçirib. 500 milyon dollar həcmində qiymətləndirilən səhmlərin yeni sahibi Rəhimovun Azərbaycanda qeydiyyatdan keçmiş “Fina” hüquq şirkətindəki tərəfdaşı olub.

Belə məlum olur ki, İlham Rəhimovun Rusiyanın ən iri rantye şirkətlərindən birindəki səhmləri Azərbaycandakı partnyorunun adına keçirməsi ABŞ Maliyyə Nazirliyi tərəfindən yanvar ayında “Kreml siyahısı”nın açıqlanmasından dərhal sonra baş verib. “Kreml siyahısı” yanvarın 29-a açıqlanıb. Bu siyahıya Kremlə yaxın oliqarxların da adı daxil edilib. Siyahıda azərbaycanlı milyarderlər Vahid Ələkbərov, Qod Nisanov, Zarah İliyev, Fərhad Əhmədov və Araz Ağalarov da yer alırdı. Lakin maraqlıdır ki, “Kiyevskaya ploşad” şirkətlər qrupunda İliyev və Nisanovla ortaq olan İlham Rəhimovun adı “Kreml siyahısı”ında yer almırdı.

231237_src

Buna baxmayaraq Rəhimov yanvarın 31-də şirkətlər qrupundakı payını tərəfdaşının adına keçirib. Rusiyanın hüquqi şəxslərin qeydiyyatı üzrə Vahid Reyestrində yer alan məlumatdan belə məlum olur.

“Forbes” jurnalı 2014-cü ildə Rəhimovun təkcə bu şirkətlər qrupundakı payını 500 milyon dollar qiymətləndirmişdi. 2017-ci ildə “Kiyevskaya ploşad” kommersiya daşınmaz əmlakın icarəsindən 1.3 milyard dollar gəlir əldə edib. Şirkətlər qrupunun aktivləri arasında “Ukrayna” oteli, “Sadovod” bazarı, “Kaşirka avtomobil bazarı”, “Grand” və “Grand 2” ticarət mərkəzləri və s. daxildir. Şirkətlər qrupuna daxil olan 6 şirkətdən 5-də Rəhimovun payı 15 faiz, 1-də 12 faiz olub.

Fevralın 2-dən etibarən isə “Kiyevskaya ploşad” şirkətlər qrupuna daxil olan “Vısotka” MMC, “Flora və Fauna” MMC, “Kaşirka Avtomobil Ticarət Mərkəzi” MMC, “Grandtitul” MMC, “Avers-3” ticarət-sənaye şirkəti, “Otel İnvest” MMC şirkətlərinin yeni səhmdarı Araz Mehdiyev olub. O, İlham Rəhimovun Bakıdakı “Fina LLP” hüquq firmasındakı tərəfdaşıdır. RBC bu məsələ ilə bağlı şirkətə və Araz Mehdiyevin elektron ünvanına sorğu göndərib, cavab ala bilməyib.

***

 İş adamı Musavat.com-a açıqlamasında Azərbaycan mediasında yayılan iddiaları cavablandırıb: “Azərbaycanda biznesim olmadığı üçün burada prosesin necə tənzimləndiyindən xəbərsizəm, ancaq Rusiyanın vergi sistemində investorlarla bağlı informasiyalar açıqdır. Deklorasiyalar təqdim olunur və onlar əsasında vahid baza formalaşdırılır. Hansı iş adamı hansı şirkətdə nə qədər pay sahibidirsə, bu, ictimaiyyətdən gizlədilmir. Alqı-satqı prosesi də şəffafdır. Media səhmlərin alış-satış tendensiyalarını rahat izləyə bilir. Ona görə də Rusiya mediasında bu dəyişikliklərlə bağlı informasiyanın yer alması normal qarşılanmalıdır. Anormal olan Azərbaycan mediasının bu məsələdən “uzaqgörən” nəticələr çıxarmasıdır. Jurnalistlərin hər hansı məqaləyə səs-küy yaradan, faktı qabardan başlıqlar qoymasını anlayışla qarşılamaq olar. Bir daha vurğulayıram – faktı qabardan. Təxəyyül məhsulunu yox. Mənim Rusiyanı tərk etməyə hazırlaşdığımı yazmaq sağlam düşüncənin məhsulu deyil. Bəzi saytların mənə qarşı davamlı qərəzini, qısqanclığını anlamıram. Yazıblar, ona görə də məcburam həqiqəti söyləməklə onları bir az pərişan edim. Nə iddialarımı, nə planlarımı gizlədən insan deyiləm.

a3654df6-0cbc-46a6-81f1-3a52e1fba970.jpg (81 KB)

Nə mən, nə də ortaqlarım Qod Nisanov, Zarah İliyev Rusiyanı tərk etməyi planlaşdırmırıq. Biz Rusiyadan, konkret Moskvadan başqa heç bir yerə investisiya yatırmamışıq. Belə bir fikrimiz də yoxdur. Sözümüz var – heç birimiz Moskvadan kənarda heç yerdə iş qurmayacağıq. Hazırda Moskvada 3 nəhəng layihəmiz həyata keçirilir. Birincisi, Moskvada Olimpiya Mərkəzi almışıq, prezident seçkisindən sonra oraya nəhəng investisiya yatırmağı düşünürük. Bundan başqa, Moskvanın mərkəzində nəhəng avtovağzal kompleksi inşa edirik. İndiyə qədər Rusiya paytaxtında belə iri həcmli avtovağzal olmayıb. Üçüncüsü isə yaxın zamanlarda sahib olduğumuz Food City-nin şəhərin mərkəzində filialını açmağa hazırlaşırıq. Çox güman, bu məkan da seçkidən qısa müddət sonra açılacaq. Göründüyü kimi, biz Moskvanı tərk etməyə yox, orada biznesimizi daha da genişləndirməyə hazırlaşırıq”.

Yerli media İlham Rəhimovun Rusiyanı tərk etməsini 6 şirkətdə sahib olduğu səhmləri Araz Mehdiyev adlı iş adamına satması ilə “əsaslandırıb”. Professor Rəhimov bu məsələnin “sirrini” də açır: “Araz Mehdiyev mənim böyük kürəkənimdir. Gerçəkdən də adı çəkilən 6 obyektin 5-də mənim hissə payım 15, birində 12 faizdir. Onların hamısının idarəçiliyini Araz Mehdiyevə həvalə etmişəm. Bundan sonra mənim Moskvadakı bütün işlərimlə Araz Mehdiyev məşğul olacaq. Çünki bundan sonra bütün həyatımı elmə sərf etmək qərarına gəlmişəm. Ancaq səhmləri Araz Mehdiyevin adına keçirməyim iş dünyasından tamamilə uzaqlaşmağım anlamına gəlmir. Əksinə, bütün işlərin ağsaqqallığını yenə özüm edəcəm. Məqalədə Nəriman Ramazanovun adı çəkilir ki, onun ümumiyyətlə bizim Rusiyadakı biznesimizə aidiyyatı yoxdur. O, Bakı ofisimizdə hüquqşünasdır”.

89a58552-7438-4ada-a6ab-a6fdc8dd41f6.jpg (12 KB)

 Araz MEHDİYEV

Məqalədə biznes ortaqları Qod Nisanovla Zarah İliyevin ABŞ-ın Rusiya iş adamlarına tətbiq etdiyi qadağa siyahısına salınmasına baxmayaraq professor Rəhimovun adının orada olmamasına da toxunulub. İş adamı bildirir ki, bu, onun Azərbaycan vətəndaşı olması ilə bağlıdır: “Bəllidir ki, ABŞ-ın qadağası Rusiya vətəndaşları olan iş adamlarına aiddir. Qod Nisanov və Zarah İliyin Rusiya vətəndaşlarıdır. Mən Azərbaycan vətəndaşı olduğum üçün həmin siyahıda yoxam”.

RBC.ru iş adamını varidatı ilə bağlı hissədə “Forbs” jurnalının 2014-cü ildəki rəqəmlərinə yer ayırıb. Həmin bilgiyə görə, İlham Rəhimovun əmlakı 500 milyon dollar göstərilib. Professor Rəhimov ən yeni rəqəmləri Musavat.com-a açıqlayıb: “Göründüyü kimi, bu informasiya 4 il öncənindir. Dəqiq rəqəm səsləndirməkdə çətinlik çəkirəm, ancaq onu deyə bilərəm ki, 4 ildə bu rəqəm bir neçə dəfə böyüyüb”.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam