Redaktor seçimi
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
Günün xəbəri

Laçın Zirvə görüşü: Türkiyə-Azərbaycan-Pakistan birliyinin nümayişi -ŞƏRH

 

İşğaldan azad edilmiş Azərbaycan torpaqlarında quruculuq işləri genişlənir. Müstəqilliyin 107-ci ilinin azad yenidən qurulan Laçında qeyd olunması xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şəriflə bu şəhərdə görüşü Ankara-Bakı-İslamabad əlaqələrinin yüksək səviyyəsinin göstəricisidir.

Yenixeber.org: Liderlərin Laçın görüşü regional və qlobal miqyasda bir sıra ismarışları çatdırdı.

Azərbaycan dünyaya Laçında yaradılmış şəraiti, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması sahəsində görülən işlərin miqyasını nümayiş etdirdi. Rəsmi Bakı Laçın və işğaldan təmizlənən başqa bölgələrin Azərbaycanın əbədi, tarixi torpaqları olduğunu bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Çünki bu region ermənilərə aid olsa idi, o zaman həmin bölgədə daşı-daş üstə qoyardılar. Əksinə, isbat olundu ki, ermənilər ötən 30 ilə yaxın müddət ərzində bu rayonları qarət edib, tarixi, dini, mədəni, sosial, inzibati və yaşayış binalarını söküb dağıdıblar.

Kənar yardım olmadan o ərazilərdə geniş tikinti işlərinin aparılması, yeni elektrik xətlərinin çəkilməsi, yol, köpü, tunel inşası həm də Azərbaycanın gücünün göstəricisdir.

Mayın 28-inə olan məlumata əsasən, Laçında 3 153 sakin məskunlaşıb. Laçındakı xüsusi nümayəndəliyin rəsmisi Hüseyn Quliyevin sözlərinə görə, ümumilikdə isə şəhərə gəlib-getmək üçün səkkiz minə yaxın şəxsə elektron portalda icazə verilib: “Laçın şəhərində turistik səfərlər üçün müddət 7 gündür”.

Az qala hər gün Laçına sakin köçürülür. Nümayəndə əlavə edib ki, hazırda Laçının gələcək inkişaf planında tramvay xətti, kanat yolu, o cümlədən turistlərin bura səfəri üçün müxtəlif təyinatlı obyektlərin tikilməsi planlaşdırılır.

Laçına həyat qayıdıb. Şəhər hətta yüksək səviyyəli qonaqları belə qəbul etməyə hazır olduğunu sübut edib. Bu Laçında və işğaldan azad edilmiş torpaqlarda təhlükəsizlik tədbirlərinin də yüksək səviyyədə olduğunun göstəricisidir.

 

Türkiyə və Pakistan müstəqilliyini bərpa etdikdən sonra həmişə Azərbaycanın yanında olub. Ermənistanın işğalçı olaraq tanımaqdan torpaqların azad olunmasınadək bütün çağlarda bu iki dövlət Azərbaycanın haqlı savaşını, mübarizəsini siyasi, diplomatik yollarla bütün beynəlxalq tədbirlərdə müdafiə edib. 44 günlük müharibə zamanı Türkiyə və Pakistan sözdə və əməldə də bunu isbatlayıb.

Prezident İlham Əliyev liderlərin görüşündə bu məsələyə işarə edərək vurğulayıb: “Xüsusilə bu bölgədə, 30 il ərzində işğal altında qalan Laçın şəhərində bizim birgə olmağımız böyük rəmzi məna daşıyır. Çünki 44 günlük İkinci Qarabağ müharibəsi zamanı bizi Türkiyə və Pakistan dəstəkləmişdir. Türkiyənin və Pakistanın dəstəyi bizi ruhlandırırdı, bizə əlavə güc verirdi. Bu böyük siyasi və mənəvi dəstəyə görə biz hər zaman qardaş ölkələrin rəhbərlərinə, qardaş xalqlara minnətdarıq”.

Bu savaşda Azərbaycanın haqlı mövqeyini müdafiə etməyənlər də tapıldı. Bu isə Azərbaycan-Türkiyə-Pakistan qardaşlığı, dostluğunda din amilinin aparıcı olmadığını deməyə də əsas verir. Onlar eyni mövqeyi, oxşar maraqları, mənafeləri, tarixi, dini, milli bağlılığı olan dövlətlərdir.

Pakistan işğalçı dövlət olduğuna görə Ermənistanın müstəqilliyini tanımayıb. Ancaq 1991-ci ildə o, Türkiyə və Rumıniyadan sonra Azərbaycanın müstəqilliyini tanıyan üçüncü ölkə olub.

Ölkədə siyasi vəziyyət və hakimiyyət dəyişsə də, Türkiyə kimi Pakistanın da Azərbaycana münasibəti dəyişməyib. Şahbaz Şərif İslam Respublikasının lideri olaraq işğaldan azad edilmiş Laçında Rəcəb Tayyib Ərdoğanla bir yerdə müstəqilliyin 107-ci illiyini qeyd etməyə haqqı çatdığını göstərib. Bu, Türkiyə kimi Pakistana da Azərbaycanın dəyişməz münasibətini təsdiqləyir.

 

Azərbaycan Prezidenti liderlərin Müstəqillik günündə iştirakını belə dəyərləndirib: “Bu gün əziz qardaşlarımın - Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik”.

Mayın 28-də tarixi bir gündə üç respublikanın lideri bir-birinin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyini müdafiə etdikləri, edəcəkləri ismarışını beynəlxalq ictimaiyyətə veriblər. Bununla da tərəflər əməkdaşlığın yeni mərhələsinin başladığını bəyan ediblər.

Bu tədbir Türkiyənin regional gücdən qlobal gücə çevrilməsini bir daha göstərdi.

Afrikanın şimalından, Mərkəzi Asiyaya, Cənubi Qafqaza, Qara dəniz sahillərinə, Yaxın Şərqədək bütün ziddiyyətli bölgələrdə Türkiyə aparıcı sözə malik olan dünya gücünə çevrilib. O, Rusiya-Ukrayna danışıqlarına vasitəçilik və ev sahibliyi etməklə gücünü, nüfuzunu bir daha göstərib. Bu baxımdan Laçında Müstəqillik Günündə Rəcəb Tayyib Ərdoğanın iştirakı böyük önəm daşıyır.

 

O, Səməd Vurğunun “Azərbaycan” şeirini söyləməklə Türkiyə ilə Azərbaycanın bir-birinə yaxınlığını vurğulayıb. Qarabağa ötən səfərlərindən birində “Arazı ayırdılar...” bayatısını deməklə bütün dərdlərinə şərik olduqlarını bildirmişdisə, bu dəfə söylədiyi şeir və 86 milyon Türkiyə vətəndaşının salamını çatdırmaqla iki dövlətin birliyini açıqlayıb: “Bəli, obamız, yuvamız və göz bəbəyimiz Azərbaycan ilə aramızdakı məhəbbəti, inşallah, gücləndirərək davam etdirəcəyik. Bu xoş gündə olduğu kimi, Allah göstərməsin, çətin günlərində də Azərbaycan xalqının hər zaman yanında olacağıq. Rəbbimdən Azərbaycan-Türkiyə qardaşlığını əbədi və daimi etməsini diləyirəm”.

Bu tədbir Pakistanın ağır, gərgin günlərində reallaşıb. Çünki iki ölkə arasında atəşkəs elan olunmasına baxmayaraq Hindistanın islamofob baş naziri Narendra Modi İslam Respublikasına qarşı hikkəli açıqlamalar verməkdədir.

Bundan başqa rəsmi Nyu-Delhi Ermənistanın silahlanmasında fəallıq göstərir.

Odur ki, Azərbaycan-Türkiyə-Pakistan üçlüyü Hindistana bir xəbərdarlıq da sayıla bilər. Pakistan demokratik quruluşu, güclü ordusu, daim haqlı tərəfin yanında olduğu, müstəqil siyasət yürütməsi, terrora və terrorçuluğa qarşı mübarizəsi ilə Asiyanın, habelə dünyanın sayılıb, seçilən, özünə hörmət edən nüvə dövlətidir.

Prezident İlham Əliyev üç ölkə liderinin görüşünü dost, düşmən müttəfiq və rəqib tərəflərə belə çatdırıb: “Əminəm ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”.

Bu həm də Hindistana bir xəbərdarlıq sayıla bilər.

Şahbaz Şərif Hindistanın Pakistana hücumundan danışarkən ölkəsinin hərbi qüdrəti ilə yanaşı, onlara Türkiyə və Azərbaycanın verdiyi dəstəyi də vuruğulayaraq deyib ki, bu yaxınlarda “düşmənə qalib gəlməyə müvəffəq” olublar: “Pakistan Hindistan tərəfindən hücuma məruz qaldı və əziz qardaşım Rəcəb Tayyib Ərdoğan, bizim türkiyəli olan qardaş və bacılarımız dərhal Pakistanı dəstəklədilər. Əziz qardaşım İlham Əliyev də, azərbaycanlı bacı və qardaşlarımız da eyni qətiyyəti göstərdilər. Onlar Azərbaycanın və Pakistanın həmrəy olduğunu nümayiş etdirdilər. Bu, dərhal baş verdi. Bu, bizim tariximizin ən gözəl anlarından biri idi ki, üç qardaş ölkə vahid ailə olaraq bir araya gəldilər. Çətin zamanda bir araya gəldilər. Biz bunu heç vaxt unutmayacağıq. İnanın mənə ki, qardaşım, Prezident Ərdoğanın və əlbəttə, əziz qardaşım Prezident İlham Əliyevin verdiyi dəstəyin əvəzini mən heç vaxt çıxa bilmərəm”.

 

Şahbaz Şərif Azərbaycanın Müstəqillik Gününü bir yerdə qeyd etməyin gözəl gün olduğunu vurğulayaraq deyib: “Bu gün - 1998-ci il mayın 28-də Pakistan nüvə dövlətinə çevrilmişdir. Bu səbəbdən, bu gün bu tədbirdə iştirak etmək mənim üçün çox böyük şərəfdir”.

Laçında Müstəqillik, həm də Pakistanın nüvə dövlətinə çevrildiyi gündə liderlərinin rəsmi olmayan zirvə toplantısı Türkiyə, Azərbaycan, Pakistan əməkdaşlığının daha güclü şəkildə davam edəcəyinin təzahürüdür.

Bu toplantı bu iki qüdrətli dövlətin liderlərinin, ictimaiyyətinin Prezident İlham Əliyev şəxsiyyətinə hörmətinin də göstəricisidir. Belə xoş münasibət Azərbaycan dövlət başçısının beynəlxalq miqyasda nüfuzunun artdığına daha bir nümunə sayılır.

Beləliklə, Laçın görüşündə Ankara-Bakı-İslamabad qlobal miqyasda yeni siyasi, energetika, ticarət, nəqliyyat marşrutu kimi yeni mərhələyə hazır olduğunu təsdiqlədi.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam