Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Günün xəbəri

“SSRİ HƏLƏ DƏ MÖVCUDDUR, ONUN DAĞIDILMASI QANUNSUZDUR” - Putinin müşavirindən sensasiyalı bəyanat

Rusiya artıq SSRİ-nin bərpası arzusunu rəsmən dilə gətirməyə başlayıb. Xüsusilə də Ukraynada davam edən işğalçılıq müharibəsi fonunda Kremlin SSRİ-nin bərpası ilə bağlı eyhamları kifayət qədər təhlükəlidir…

Yenixeber.org: Rusiya mətbuatı xəbər verir ki, Vladimir Putinin müşaviri Anton Kobyakov SSRİ-nin hələ də mövcud olduğunu və onun dağıdılmasının hüquqi əsasının olmadığını deyib.

Kobyakov Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunun yekun mətbuat konfransında deyib ki, Sovet İttifaqı dağılanda “hüquqi prosedur pozulub, yəni SSRİ hələ də mövcuddur”.


Onun sözlərinə görə, bu, Ukraynadakı müharibənin “daxili proses” olduğunu söyləməyə imkan verir. Kobyakov qeyd edib ki, SSRİ Xalq Deputatları Qurultayının qərarı ilə yaradılıb, ona görə də yalnız həmin qurumun qərarı ilə ləğv edilə bilərdi.

Bundan əlavə, o, SSRİ-yə aid respublikaların Ali Sovetlərinin SSRİ-nin mövcudluğuna son qoyan Belovej sazişini ratifikasiya etmək səlahiyyətinə malik olmadığını da iddia edib: "Əgər hüquqi prosedur pozulubsa, onda belə çıxır ki, qanuni olaraq SSRİ mövcuddur. Bunu konstitusiya hüququ ekspertləri deyir. Amma SSRİ dağılmayıbsa, məntiqlə, hüquqi nöqteyi-nəzərdən belə çıxır ki, Ukrayna böhranı daxili prosesdir".

Kobyakov əlavə edib ki, “SSRİ-nin dağılmasına konstitusiya hüququ mütəxəssisləri hüquqi qiymət verməlidir”. Və guya belə bir qiymətləndirmə, "bugünkü hadisələri anlamağa kömək edəcək".(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam