Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

Tramp Zelenskidən danışdı:pulu uşaqdan konfet alırmış kimi alırdı

Zelenski pulu uşaqdan konfet alırmış kimi alırdı - Tramp

ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində bir sıra vacib məsələlərə toxunub.

Yenixeber.org: O, Ukrayna, Rusiya, Çin və qlobal təhlükəsizliklə bağlı fikirlərini bölüşüb.

Tramp bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski tezliklə Vaşinqtona qayıdacaq və nadir torpaq metalları ilə bağlı bir razılaşma imzalanacaq. Bununla belə, o, Zelenskini ABŞ-ın yardımlarına görə minnətdar olmamaqda ittiham edib:

"Zelenski ABŞ-dan pulu uşaqdan konfet alırmış kimi alırdı. O, yardım üçün təşəkkür belə etmir."

Trampın fikrincə, Ukraynanın gələcəyi qeyri-müəyyəndir və o, hər bir halda sağ qalmaya bilər.

Tramp qeyd edib ki, prezident olduğu ilk dövrdən etibarən Rusiyaya qarşı sərt mövqe tutub. Lakin o, eyni zamanda Rusiya lideri Vladimir Putin, Çin lideri Si Cinpin və Şimali Koreya lideri Kim Çen In ilə yaxşı münasibət qurduğunu xatırladıb.

ABŞ Prezidenti müdafiə xərclərini azaltmaq istədiyini desə də, hazırkı vəziyyətin bunu mümkün etmədiyini bildirib:

"Bunu istərdim, amma indi yox. Çin, Rusiya və başqa problemlər var."

Bundan əlavə, Tramp dünyanın əsas təhlükəsinin iqlim dəyişikliyi yox, nüvə silahları olduğunu söyləyib:

"Bayden daim iqlim dəyişikliyindən danışırdı. Amma insanlıq üçün əsas təhdid nüvə silahlarıdır."


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam