Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

Paşinyanın “debat şousu”nun pərdəarxası: Eks-prezidentləri nə gözləyir? -ŞƏRH

 

Ermənistanın baş naziri Nikol Paşinyan 2018-ci ildə Sorosun dəstəyi ilə hakimiyyətə gəldiyi ilk gündən eks-prezidentlərə qarşı cəbhə alıb. Bu, zaman-zaman müxtəlif məhkəmə çəkişmələri, əmlak müsadirəsi, illərlə davam edən cinayət işləri ilə özünü büruzə verib.

Yenixeber.org: Əsasən seçkiləröncəsi daha da sərtləşən bu kampaniya əslində siyasi rəqiblərini sıradan çıxarmaq, 2020-ci il müharibəsindən sonra xeyli aşağı düşən reytinqini qaldırmağa çalışma cəhdləri ilə müşayiət olunub. Hədəf kimi daha çox Ermənistanın ikinci prezidenti Robert Köçəryan və üçüncü prezident Serj Sarkisyan hədəf götürülüb. Düzdür, son iki şəxsin də erməni siyasi arenasında o qədər də çəkisi qalmayıb və 2020-ci il müharibəsi bu şəxslərin canına vəlvələ salıb.

Məsələ burasındadır ki, Qələbədən sonra Azərbaycan tərəfi haqlı olaraq Köçəryan və Sarkisyanın müharibə cinayətlərində ittiham edir, onların ədalət məhkəmələrində cavab verməsini tələb edib. Qarabağ separatçılarının həbsindən sonra isə bu iki şəxsin yuxuları ərşə çəkilib, iki ölkə arasında imzalanacaq sülh sazişinin belə bir reallığın onlar üçün də yaranmasından qorxduqları üçün ölkədəki ruporları, xaricdəki dəstəkçiləri vasitəsilə hər vəchlə sülh danışıqlarını baltalama yolunu tutublar.

 

Bununla yanaşı, Nikol Paşinyan da bu məsələdən istifadə edərək, Serj və Roberti hər dəfə hədəf göstərir, bu gün Ermənistanın üzləşdiyi çətinliklərin əslində bu siyasilərin günahı olduğunu deməkdən çəkinmir. Elə bir gün əvvəl baş nazirin 1994-cü ildən bu yana Azərbaycanla aparılan danışıqların əsas mövzusunun Qarabağın Azərbaycana qaytarılması olduğu barədə açıqlaması erməni siyasi arenasında bomba effekti yaradıb.

Maraqlıdır ki, Paşinyan bu dəfə Köçəryan və Sarkisyandan başqa, müəllimi, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan da hədəf kimi göstərilib. Belə bir açıqlamadan sonra Petrosyan cəbhəsi sussa da, Köçəryan və Sarkisyan tərəfi var qüvvəsi ilə açıqlamalar verir, Paşinyanın səhv danışdığını, belə bir şeyin olmadığını israrla xalqa sırımağa cəhd edir. Bu işdə isə xüsusilə Köçəryanın əlində olan media resurslar, müxalifətin nəzarət etdiyi xəbər portalları canfəşanlıq ediblər. Eyni zamanda, Serj və Robertə yaxın müxalifət liderləri, politoloqlar, siyasi analitiklər də səhər açılandan gecə saatlarına qədər müxtəlif portalları gəzərək açıqlamalar veriblər.

Ekslərin bu reaksiyası nədənsə “qarğa, məndə qoz var” misalını xatırladır. Eyni zamanda “soğan yeməmisənsə, için niyə göynəyir” atalar misalı da onların reaksiyasına bir cavabdır. Yəqin ki, Serj və Roberti hürküdən hansısa sənədlər artıq Paşinyanın əlinə keçib və onların ictimailəşməsi də eksləri qorxudan məsələdir. Çünki artıq Robertin oğlu Levon da məsələyə qoşulub və ard-arda açıqlamalar verərək, Şahnazaryan, Abramyan, Hovhanisyan kimi atasını müdafiə edən siyasətçiləri dəstəkləyir.

Bəs Paşinyanı birdən-birə belə açıqlama verməyə vadar edən səbəblər hansılardır? Niyə erməni baş nazir il sonu belə bir bəyanat səsləndirib? Birincisi, son aylar aparılan araşdırmalar və keçirilən sorğular göstərir ki, baş nazirin reytinqi kifayət qədər aşağı düşüb. Hətta daim medianın tənqid hədəfi olan Anna Akopyanın reytinqinin Paşinyanın reytinqindən yüksək olması barədə siyasi kulislərdə və KİV-də xeyli söhbət aparılıb. Öz reytinqini artırmaq, xalqın narazılığını parçalamaq üçün Nikol Paşinyan “əslində tək günahkar mən deyiləm, Ter-Petrosyan, Köçəryan və Sarkisyan da günahkardır” prizmasından yanaşaraq, üzərinə düşən yükü atmaq, məsuliyyətdən yayınmaq üçün belə bir addım atdığını ehtimal etmək olar.

 

İkincisi, 2026-cı il Ermənistanda növbəti seçkilər keçiriləcək və bu, hazırkı hakimiyyət üçün ölüm-dirim mübarizəsi sayılır. Eyni zamanda Paşinyanın 2025-ci ildə növbədənkənar seçkilərə gedəcəyi də danışılan mövzulardandır. Artıq hakim partiyaya tapşırıqlar verilib, müəyyən regionları indidən ələ keçirmək, seçkilərdə mütləq qalib gəlmək üçün işlərə start verilib. Elə Gümrü fiaskosu da Nikol Paşinyan üçün seçkilərin çox ağır keçəcəyindən xəbər verir. Bu səbəbdən də indidən siyasi arenadakı rəqiblərini, onların partiyalarını neytrallaşdırmaq, səslərini azaltmaq və parçalamaq üçün liderləri haqqında bu fikirlərin səsləndirildiyini ehtimal etmək olar. Eyni zamanda proqnozlaşdırmaq olar ki, il sonu verilən bu açıqlamanın növbəti aylarda davamı olacaq və Paşinyanın müəyyən kompromatları, faktları da açıqlayacağı istisna edilmir.

Bundan əlavə, son ay ərzində Ermənistanın siyasi arenasında SMS təlatümü də müəyyən gərginliklərə səbəb olub. Bir aydır ki, baş nazirin müəyyən deputatları və iri ranqlı məmurları qəfil istefaya göndərməsi, partiyadaxilində “soyqırımı”na başlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Mandatını buraxmağa məcbur edilən deputatların da açıqlamaları Paşinyana qarşı etinasızlığı daha da alovlandırıb. Bu səbəbdən də bu açıqlama ilə baş nazir qəzəb oxunu üzərindən bir az uzaqlaşdırmağı düşünür.

 

Üçüncüsü, Nikol Paşinyan bu açıqlaması ilə Azərbaycanın ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı haqlı tələbini yetirmək üçün zəmin hazırlayır. Məsələ burasındadır ki, baş nazir bundan əvvəl açıqlamasında cənab Prezident İlham Əliyevin bu tələbini konstruktiv yanaşma adlandırmışdı. Bu səbəbdən də 1994-cü ildən danışıqların Qarabağın Azərbaycana qaytarılması üzrə aparıldığını bəyan etməsi əslində Minsk Qrupunun lazımsız və üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini sübuta yetirmiş sayılır. Elə bu açıqlamadan sonra yaxın vaxtlarda Paşinyanın Minsk Qrupunun buraxılması ilə bağlı hərəkətə keçəcəyini də gözləmək mümkündür.

Ekslərin sərsəm açıqlamalarından sonra Nikol Paşinyan daha da irəli gedərək, onları canlı debata çağırıb, xalqın müəyyən məsələlərdən xəbərdar olmasının vacibliyini vurğulayıb. Bu isə erməni cəmiyyətində növbəti çaxnaşmaya səbəb olub. Məsələ burasındadır ki, bu debat çağırışına eks-prezidentlərin cavabları da müxtəlif olub. Məsələn, Levon Ter-Petrosyanın mətbuat katibi bildirib ki, Paşinyan özü ilə debata çıxsa, daha yaxşı olar. Arman Musinyan Amulsar mədəni, səfirlərin təyinatı, dövlət büdcəsinin talanması, məhkəmə sisteminin müstəqilliyinin məhv edilməsi kimi faktlar sıralayıb. Bununla da Levon Paşinyana xatırladıb ki, debat heç də yaxşı nəticələnməz və əlində yuxarıda sadalananlarla bağlı kifayət qədər faktlar var.

 

Köçəryan tərəfi də debat fikrini qəbul etməyib və bildirilib ki, Robert uzun müddətdir Paşinyanın sosial şəbəkədə yazdıqlarını izləmir. Yaxşı, izləmirsə, baş nazirin postundan dərhal sonra niyə hərəkətə keçilir? Müxtəlif açıqlamalar verilir? Hətta media resurslarına da tapşırıqlar gedir? Əgər bir post oxunmursa, niyə bu qədər cavab, şərh, analiz yazılır? Bununla da Köçəryan Paşinyanla debatdan qorxduğunu və hökumət başçısından ehtiyat etdiyini sübuta yetirib.

Köçəryan cəbhəsindən Artak Zakaryan isə keçmiş xarici işlər nazirlərinə səslənib. Bu, əslində keçmiş diplomatlardan imdad diləmək, onlardan Paşinyana qarşı açıqlama istəmək kimi qiymətləndirilməlidir. Yəqin Köçəryan hesab edir ki, keçmiş nazirlərdə onu xilas edə biləcək hansısa sənəd var və artıq bu sənədi yayımlamağın vaxtıdır. Maraqlıdır ki, onun çağırışına Ara Ayvazyandan başqa səs verən olmayıb. Ayvazyan da sərsəm bir-iki bəyanatla işini bitmiş hesab edib.

Ermənistanın üçüncü prezidenti də debatdan qaçdığını açıqlaması ilə ortaya qoyub. Serj Paşinyana məsləhət görüb ki, Rusiya, ABŞ və Fransa prezidentləri ilə bu məsələdə debata çıxsın. Əslində Serj sətiraltı bildirib ki, baş verənlərdə ATƏT-in Minsk Qrupunun yarıtmaz fəaliyyətinin də günah payı çoxdur.

Paşinyan isə bununla belə, debatla bağlı təklifini ikinci dəfə səsləndirib. Bu isə deməyə əsas verir ki, baş nazirə hansısa gizli bilgilər və məlumatlar sızdırılıb və bu dəfə Köçəryan və Sarkisyan cütlüyünü ciddi təhlükə gözləyir. Eyni zamanda qeyd etmək yerinə düşər ki, bu açıqlama və debat təklifləri ilə ATƏT-in Minsk Qrupunun buraxılması məsələsi artıq ciddiləşir. Hadisələrin gedişatı isə göstərir ki, növbəti il erməni siyasi arenasında ciddi dəyişikliklər olacaq. Uzun müddətdir siyasi meyitə çevrilən Sarkisyan və Köçəryanın dövlətə xəyanət ittihamı ilə üzləşə biləcəyi də ehtimal edilir...(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam