Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

TÜRKİYƏDƏN GÖZLƏNİLMƏZ SURİYA HƏMLƏSİ... – Ərdoğan kimlərə dərs verir? + VİDEO

Dünyanın başı Rusiya-Ukrayna və İsrail-İran qarşıdurmalarına qarışarkən Suriyada gözlənilməz hadisələr yaşanmaqdadır.

Yenixeber.org: Məlumata görə, Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusu (SNA) Suriyanın şimalında eyni zamanda həm PKK terror təşkilatına, həm də Rusiyanın dəstəklədiyi Bəşər Əsəd qüvvələrinə qarşı genişmiqyaslı hücuma keçib. Əsasən Suriyanın Türkiyə ilə sərhəd ərazilərində yaşayan türkmənlərin toplaşdığı müxalif qüvvələr artıq Təl-Rifat şəhərinin şimalına ağır zirehli texnika və döyüşçülər toplayıb.

Eyni zamanda, qruplaşma strateji əhəmiyyətli Hələb şəhərinə hücum əməliyyatı təşkil edib və şəhərin bir hissəsini nəzarətə götürüb. Bu əməliyyatı Suriya Milli Ordusunun bütün qanadlarının dəstəklədiyi bildirilir. Beləliklə də müxalif qüvvələrin Türkiyənin artilleriya dəstəyi ilə Əsəd rejimi qüvvələrinə qarşı böyük cəbhə açdığı barədə məlumatlar daxil olmaqdadır.

Bu arada döyüş mövqelərindən qaçan Rusiya xüsusi təyinatlıları Menaq aviabazasından, Təl-Rifat və Hələb şəhərlərindən təxliyə edilib.

Suriya müxalifətinin hücumunun miqyası isə getdikcə artır. Artıq onların Hələbin qərbinə tam nəzarət etdiyi deyilir və bu barədə sosial şəbəkələrdə videogörünrtülər yayılır. Suriya müxalifət qrupları Hələb vilayətinin bütün qərb hissəsinin azad edildiyini rəsmən elan ediblər. Beləliklə, cəmi 48 saat ərzində Bəşər Əsəd 50-dən çox yaşayış məntəqəsini və 15 hərbi keçid məntəqəsini itirib.

Müxalif qüvvələr eyni zamanda, M-5 magistralını (İran sərhədlərindən Dəməşqə qədər uzanan mərkəzi avtomobil yolu) nəzarətə götürüb.

Təbii ki, bu gözlənilməz uğurlu həmlənin hansı səbəbdən həyata keçirildiyi və bunun arxasında nələrin durduğu barədə suallar yaranır. Xarici mediaya danışan “New Lines” Strategiya və Siyasət İnstitutunun analitiki Nik Heras bildirib ki, üsyançılar “Hələb bölgəsində Suriya hərbi kampaniyasının qarşısını almağa çalışırlar”. Belə ki, Rusiya və Suriya hökumətinin üsyançı bölgələrə qarşı hava hücumları hazırlanırdı. Bu baxımdan müxalif qüvələrin hərəkatı qabaqlayıcı xarakter daşıyır.

Herasın dediyinə görə, Türkiyənin dəstəklədiyi qrupların hücuma qoşulması ilə "Ankara həm Dəməşqə, həm də Moskvaya Suriyanın şimal-qərbindəki hərbi səylərdən əl çəkməsi üçün siqnal göndərir".

Bu arada İranın və Rusyanın dəstəklədiyi Əsəd rejimi üçün vəziyyət getdikcə pisləşir. Suriyanın baş arteriyası sayılan M-5 yolunun nəzarətdən çıxması Əsəd üçün hərbi, siyasi və infrastruktur baxımından olduqca təhlükəli durum yaradır. Buna görə onun təcili olaraq Moskvaya yollandığı barədə məlumatlar yayılıb.

Türkiyəyə gəlincə, rəsmi Ankara özünün geosiyasi maraqları olan bu bölgədə vəziyyətin nəzarət altında olmasında və Türkiyədəki milyonlarla suriyalı qaçqının geri qaytarılmasında maraqlıdır. Həmçinin, bəzi analitiklərin dediyi kimi, görünür, Əsəd himayədarı Moskva il birgə əvvələr Türkiyə ilə əldə olunmuş razılıqları pozmağa çalışıb və bu da adekvat reaksiya ilə qarşılanıb.

Bu iddiaların doğru olub-olmadığı barədə nəsə demək çətindir. Amma hər halda, hadisələrin bundan sonrakı gedişi, müxalif qüvvələrin nə qədər irəliləyə biləcəyi həyacanla gözlənilir. Bu baxımdan yaxın zamanda Ankaranıln planlarının nə dərəcədə özünü doğruldacağı aydın olacaq.(azpolitika)

C.Məmmədov







Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam