Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Yaranmış vəziyyət Azərbaycan üçün də təhlükəlidir”

 

“Türkiyə ilə Rusiya arasında yaranmış gərginlik Azərbaycan üçün də müəyyən təhlükələr törədə bilər”

 

Xeberinfo.com:  Məlumata görə, bunu Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra iki ölkə arasında yaranan diplomatik böhranı şərh edərkən deyib.

 

F.Ağamalı deyib ki, Türkiyə Azərbaycana dost, qardaş və strateji müttəfiq ölkədir. Rusiya isə Azərbaycanın qonşusu olan böyük dövlətdir. Tarix də göstərib ki, Rusiya öz strateji və dövlət maraqlarına çatmaq üçün nəinki qonşu dövlətlərin maraqlarını nəzərə almır, hətta, həmin ölkələrə əzələ nümayiş etdirir.

 

“Rusiya öz maraqları üçün hər bir addım atmağa hazır olan dövlətdir. Krımı və Ukraynanın Şərqini işğal edərək dünya ilə üz-üzə gəldi. SSRİ-nin gücünü geri qaytarmaq istəyir. Belə bir vəziyyətdə Azərbaycan öz neytrallığını qorumalı, Rusiya ilə qonşu ölkə kimi normal münasibətləri davam etdirməlidir. Təbii ki, Türkiyə ilə də qardaşlıq münasibətlərini olduğu kimi saxlamalıyıq. Azərbaycan heç bir halda bu proseslərə qoşulmalı deyil”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam