Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

"Rusiya və Türkiyə arasında münasibətlər örnəkdir"

 

Rusiya və Türkiyə arasında hazırkı münasibətlər  digər ölkələr üçün layiqli örnəkdir.
"Xeberinfo.com":  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin “Birinci Dünya Müharibəsi 100 il sonra” akademik konfransında çıxış edərkən bildirib.  
 
“Yüz il əvvəl Birinci Dünya Müharibəsinin cəbhələrində qarşı-qarşıya duran Rusiya və Türkiyənin  hazırkı münasibətləri digər ölkələr üçün yaxşı örnəkdir”, deyə Narışkin qeyd edib.    
 
Sergey Narışkin çıxışında bu il  Rusiya və Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının yubileyini xatırladıb: “95 il əvvəl, yunun  3-də  Rusiya və Türkiyə rəhbərləri hər iki dövlət üçün dönüş dövründə bir-birinə yardım əlini uzadaraq diplomatik əlaqələrin qurulmasına qərar veriblər”.   
 
Onun sözlərinə görə, iki ölkə arasında o zaman əsası qoyulan dostluq və əməkdaşlıq ənənələri bu gün də yaşamaqdadır: “Bizim ölkələr bir çox qlobal və regional problemlərə dair oxşar mövqedən çıxış edirlər. Elm, mədəniyyət, incəsənət və turizm sahəsində əməkdaşlıq genişlənməkdədir”.   
 
O qeyd edib ki, Türkiyə Rusiyanın əsas iqtisadi tərəfdaşlarından biridir: “Energetika sahəsində iki ölkə arasında əməkdaşlıq strateji səviyyəyə çatıb”.   
 
Spiker bu məsələdə  “Türkiyə axını” layihəsini nəzərdə tutduğunu bildirərək, qeyd olunan layihənin nəinki Türkiyənin, həm də Bütün Avropanın enerji təhlükəsizliyini on illiklər boyu təmin edəcəyini qeyd edib.  

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam