Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Bişkek sammiti - TDT qlobal miqyasda güc mərkəzinə çevrilir -ŞƏRH

 

Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) XI zirvə toplantısı keçirilir. Türk dünyası ilə əlaqələri dərinləşdirmək, türkdilli dövlətlərin maraqlarına və dəyərlərinin təbliğinə töhfə vermək məqsədi daşıyan sammit mühüm tarixi əhəmiyyətə malikdir.

Yenixeber.org: Azərbaycan Prezidenti İlham Əliyevin də qatıldığı sammit Türk dünyasının birliyi və qlobal səhnədə güc mərkəzinə çevrilməsi istiqamətində mühüm rol oynayacaq. Azərbaycanın təşkilata üzv olan bütün dövlətlər ilə təşkilat çərçivəsində, eləcə də ikitərəfli əsasda ən yüksək səviyyədə münasibətlər qurması Prezident İlham Əliyevin türk dünyasına verdiyi önəmin bariz nümunəsidir.

Qeyd edək ki, bu il TDT-nin fəaliyyətinin 15-ci ili tamam olur. Ortaq dil, tarix və ənənələrə dayanan, ildən-ilə daha da güclənən təşkilat ötən dövr ərzində türkdilli dövlətlər arasında əməkdaşlığın müxtəlif formalarda inkişafına mühüm töhfə verib, bütövlükdə türk dünyası dövlətləri arasında inteqrasiyanı sürətləndirib, nüfuzlu bir təşkilat kimi beynəlxalq təşkilatlar sırasına öz adını daxil etməyə müvəffəq olub. Hazırda TDT qardaş türk xalqlarının qürurla öz maraq və dəyərlərini birgə bölüşdüyü səmərəli əməkdaşlıq platformasına çevrilib. Böyük bir coğrafi ərazini əhatə edən Türk dünyasına üzv ölkələrdə müsbət dinamika müşahidə olunur. Zəngin təbii sərvətlər, onlardan istifadə üçün müasir infrastruktur, Mərkəzi Asiya və Qafqazı Aralıq dənizi və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, mədəniyyət Türk dünyasının ən böyük sərvətidir.

Qarşıya qoyulan hədəf XXI əsrin Türk dünyasının firavanlıq əsrinə çevrilməsidir və bu istiqamətdə aktiv iş aparılır. Bişkekdə keçirilən zirvə görüşü də bu hədəfə çatmaqda mühüm rol oynayacaq.

 

İştirakçılar beynəlxalq razılaşmalara, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, tanınmış sərhədlərin toxunulmazlığına, daxili işlərə müdaxilənin yolverilməzliyinə sadiqliyini bəyan edəcəklər. Bu kontekstdə Azərbaycan və Ermənistan arasında sülhün təmin edilməsi və münasibətlərin normallaşdırılması səylərinin dəstəklənməsinin bildirilməsi gözlənilir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı, Orta Nəqliyyat Dəhlizinin potensialından maksimum istifadə və Zəngəzur dəhlizinin açılması kimi məsələlər ətrafında da müzakirələr gözlənilir.

Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, TDT-nin potensialını açmaq və bu platformanı qlobal miqyasda güc mərkəzinə çevirmək məsuliyyəti məhz Türk dövlətlərinin üzərinə düşür. Bu məqsəd mütləq reallaşacaq. Bu baxımdan, Qırğızıstanda keçirilən Zirvə görüşü, şübhəsiz ki, TDT-nin mövqelərini daha da gücləndirəcək.

Ümumiyyətlə, Türk Dövlətləri Təşkilatı ilə əlaqələrin gücləndirilməsində Azərbaycanın töhfəsi xüsusi rol oynayır. Bu, ölkəmizin mühüm önəm verdiyi istiqamətlərdən biridir. Əksəriyyətin qəbul etdiyi xətt ondan ibarətdir ki, Azərbaycan qardaş Türk respublikaları ilə birgə yaratdığı bu təşkilatı öz ailəsi qismində görür və böyük Türk dünyasına mənsub olduğunu qürurla nümayiş etdirir. Bu, ölkə başçısının 2024-cü il fevralın 14-də andiçmə mərasimində çıxışı zamanı söylədiyi fikirlərdə bir daha əksini tapıb. Prezident İlham Əliyev “Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” deməklə dünyaya mesaj verdi ki, Azərbaycan böyük Türk ailəsinə mənsubdur, bu ailə güclü, yenilməz və etibarlıdır və bundan sonra da Türk dövlətləri, təşkilatları ilə əlaqələr daha da gücləndiriləcək, birgə uğurlu addımlar atılacaq.

Bu bəyanat həm də Türk birliyinin gücünün, qüdrətinin ifadəsi, onun sarsılmaz xarakterə malik olmasının göstəricisi idi.

 

Türklər tarixin bütün dönəmlərində özlərinin qüdrəti, gücü, zəngin dövlətçilik ənənələri ilə seçilmiş, dünyanın ən üstün dəyərlərə malik sivilizasiyalarından birinə sahib olublar. Türk sivilizasiyası dedikdə bəşəriyyətin inkişafına saysız-hesabsız töhfələr vermiş, qədim mədəniyyətə, incəsənətə, hərtərəfli elmə və biliyə, həmçinin sağlam gücə malik olan sivilizasiya nəzərdə tutulur. Bəşər sivilizasiyası tarixində özünəməxsus yeri olan türk sivilizasiyası əsrlər boyu şərəfli yol qət edərək, hazırkı inkişaf səviyyəsinə gəlib çatıb.

Xalqımız da böyük Türk dünyasının önəmli bir parçası olaraq fundamental dəyərlərə malik zəngin türk sivilizasiyasından faydalanmaqla yanaşı, bu sivilizasiyaya öz töhfəsini verməkdən böyük qürur duyur. Azərbaycan Türk dövlətləri ilə əlaqələrini ən yüksək formada inkişaf etdirməkdə və vahid türk ailəsinə daha da yaxın olmaqda maraqlıdır, bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dünyasının birliyi amallarına sadiq qalacaq.

Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması təşkilatın gələcək inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Hazırda Türk Dövlətləri Təşkilatı dünya ölkələri tərəfindən mötəbər təşkilat kimi tanınır, üzv ölkələrin sıx əməkdaşlığı və birgə səyi ilə təşkilatın nüfuzu günü-gündən artmaqdadır.

 

Qeyd edək ki, TDT türkdilli ölkələrin Dövlət Başçılarının 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində keçirilmiş Zirvə Görüşündə imzaladıqları “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması haqqında Naxçıvan Sazişi”nə əsasən təsis edilib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. 2019-cu ildə Özbəkistan da TDT-yə üzv olub. Türk dövlətlərinin institusional strukturunun formalaşmasının əsasını qoyan, onları daha güclü inteqrasiya üçün bir araya gətirən Naxçıvan sazişinin imzalanması mühüm tarixi-siyasi əhəmiyyət kəsb edir. Bu saziş ilə qardaş türk dövlətləri arasında əlaqələrin müxtəlif sahələr üzrə daha da inkişaf etdirilməsi və vahid əməkdaşlıq platformasının yaradılması istiqamətində uğurlu fəaliyyətə start verilib.

Şübhəsiz ki, Bişkekdə keçirilən Zirvə görüşü Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrinin və inteqrasiyanın daha da gücləndirilməsi, həmin ölkələrlə bağlı vacib məsələlərin müzakirəsi üçün mühüm platforma olacaq.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam